Direktor

ƏLİYEVA NAİLƏ HƏSƏN

Tibb elmləri namizədi

Əliyeva Nailə Həsən qızı 1967-ci il avqust ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri 20 saylı orta məktəbə daxil olmuş, 1984-cü ildə həmin məktəbi “Qızıl medalla” bitirmişdir. Həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1990-cı ildə həmin İnstitutun “Müalicə-profilaktika” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994 – cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasına həkim-terapevt, 1999- cu ildə 1 nömrəli Bakı Tibb Kollecinə “Anatomiya, fiziologiya, patologiyanın əsasları ilə”  fənn müəllimi vəzifəsinə təyin edilmişdir.

     Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il qərarı ilə 1 nömrəli Bakı Tibb Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini , 2019-cu il 17 oktyabr tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmişdir.