İnformatika

   Əliyeva Mətanət Əli qızı- 1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işləyir. “İnformatika” fənn komissiyasının sədridir.

   Müasir dövrdə kompüter texnologiyasının həyatımızın bütün sahələrində tutduğu yer və onun tətbiq sahələri gündən-günə artmaqdadır. Elm və texnikanın yüksək surətdə inkişaf etdiyi müasir mərhələdə bütün dünyada ən dinamik inkişaf edən qabaqcıl texnologiyalardan biri informasiya texnologiyasıdır. Günbəgün dəyişən, çox yüksək sürətlə inkişaf edən bu texnologiya indiki mütəxəssislərdən böyük çeviklik və daim bu texnologiyaya uyğunlaşmağı, onunla ayaqlaşmağa hazır olmağı tələb edir. Bu baxımdan hazırda kadr hazırlığı prosesində, bir tərəfdən, kompüterin özünün tədris olunması, öyrədilməsi, digər tərəfdən isə başqa fənlərin tədrisində ən qiymətli texniki təlim vasitəsi kimi geniş istifadə olunması ən mühüm məsələdir. İnformatika fənninin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.

   Kompüterlər havanın çirkliliyini əhali arasında xəstəliklərin yayılmasına necə təsir etməsini müəyyənləşdirməyə kömək edir. Kompüterlərdən epidemiyaların yayılma sürətini göstərən xəritələrin hazırlanması üçün istifadə edilir. Kompüter texnikası tibb işçilərinə praktik vərdişlərin aşılanmasında istifadə edilir. Kompüterin verdiyi simptomlar əsasında müalicə kursu müəyyənləşdirilir.

    Kompüter texnikasından peşəkarcasına istifadə etməyi bacaran tibb işçisi hər hansı bir tibbi prosesdə öz biliklərini tətbiq edə bilən yüksək səviyyəli bir mütəxəssisə çevrilir.

                    “İnformatika” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:

  • İnformatika
  • İnformasiya texnologiyaları
  • İnformasiyanın idarə edilməsi
  • Riyaziyyat

“İnformatika” fənn birləşməsi komissiyasının tərkibində  5 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.

İnformatika

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

İnformasiya texnologiyaları

“İnformatika” fənninin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. İnformatika fənni insanları cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır. İnsanlar informasiya mədəniyyətinə, kompüter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.

Kompüter texnikasından diaqnozların qoyulmasında, müayinələrin aparılması və profilaktik yoxlamalarda geniş istifadə olunur. Kompüter şəbəkələrinin köməyilə transplantasiya əməliyyatını gözləyən xəstələr üçün donor orqanları haqqında məlumatlar göndərilir. Kompüterin yaddaşında xəstəlik tarixçələri saxlanılır. Bu da həkimlərə yazı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.

Kompüterlər havanın çirkliliyinin əhali arasında xəstəliklərin yayılmasına necə təsir etməsini müəyyənləşdirməyə kömək edir. Kompüterlərdən epidemiyaların yayılma sürətini göstərən xəritələrin hazırlanması üçün istifadə edilir.

Kompüter texnikasından tibb işçilərinə praktik vərdişlərin aşılanmasında istifadə edilir. Kompüterin verdiyi simptomlar əsasında müalicə kursu  müəyyənləşdirilir. Fənnin tədrisi zamanı əldə edilmiş biliklər gələcək tibb işçisinə hər hansı bir məlumatı alıb uzun müddət saxlamağa, bununla da insan orqanizmində illər boyu  davam edən dəyişikliklərə nəzarət etməyə kömək edir. Tibbi verilənlər bankı tibb işçilərinə son elmi və praktik nailiyyətlər haqqında məlumatlı olmağa kömək edir. Kompüter texnikasında peşəkarcasına istifadə etməyi bacaran tibb işçisi hər hansı bir tibbi prosesdə öz biliklərini tətbiq edə bilən yüksək səviyyəli bir mütəxəssisə çevrilir.

İnformasiyanın idarə edilməsi

İnformasiyanın idarə edilməsi fənnində kompüterin əsas komponentləri, funksiyası, qarşılıqlı əlaqəsi, informasiyanın qorunması, elektron cədvəllər və tətbiqi, mətnlərin işlənmə texnologiyası, informasiyanın axtarışı və s. öyrədilir.

Riyaziyyat

“Riyaziyyat” fənninin orta tibb müəssələrində tədris edilməsinin əsas məqsədi  riyazi metodların , qanunauyğunluqların tətbiqini  öyrətməkdir. Bu da bir həqiqətdir ki, tibb və səhiyyənin bir çox sahələri müasir riyazi üsulların tətbiqi sayəsində inkişaf etməkdədir. Məsələn, tibbi cihazların hazırlanmasında, müəyyən bir müalicənin effektivliyinə dair məlumatların təhlilində riyazi statistikadan geniş istifadə olunur. Müasir tibb işçisilərinin Riyazi metodlardan praktiki fəaliyyətlərində gündəlik istifadə etməsi onları bu metodları mükəmməl mənimsəməyə məcbur edir. Biologiyada, tibdə və  səhiyyədə riyazi metodlardan istifadə edilərək araşdırılan fenomenlər bütün orqanizm, sistemlər, orqanlar və toxumalar səviyyəsində (sağlamlıq və xəstəlikdə) baş verən prosesləri əhatə edir. Məs: Xəstəliklər və onların müalicə üsulları; Tibbi avadanlıqların cihazları və sistemləri; Səhiyyə sahəsindəki kompleks sistemlərin davranışının əhali və təşkilati aspektləri; Molekulyar səviyyədə baş verən bioloji proseslər və s. Riyazi metodlar ekologiya, epidemiya nəzəriyyəsi, genetika, tibbi diaqnostika, tibbi xidmətin təşkili və s. sahələrdə tətbiq olunur. Ən azı adı bir kardioqramı oxumaq üçün riyazi biliklərə sahib olmalısan. Riyaziyyatın əsaslarını bilmədən kompüter tomoqrafiyasının əsaslarını bilə bilməzsən. Həmçinin,tibbi diaqnostika modellərində, genetik əlaqələrdə, epidemiyanın yayılması və əhali artımında, bioloji və fizioloji hadisələrdə ehtimal nəzəriyyəsi kimi riyazi metoddan da istifadə edilir.

Fənni mənimsəyən hər bir tələbə xəstənin çəkisindən asılı olaraq dərmanların düzgün dozasını təyin etmək, dərman vasitələrini tətbiq etmək üçün məhlulun konsentrasiyasını hesablamaq və  inyeksiyadan əvvəl  dərman maddəsinin qatılığını azaltmaq üsullarini, statistik qeydləri aparmağı və ehtimal nəzəriyyəsini bilir.

Bu da savadlı tibb mütəxəssisinin yetişməsində çox böyük rol oynayır.

ƏLİYEVA MƏTANƏT ƏLİ

Vəzifəsi: Müəllim
Doğum tarixi: 10.10.1966
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti -1989, Riyaziyyat
İxtisas: Riyaziyyat
İşə qəbul olunma tarixi: 06.02.2006

VƏLİYEVA SEVDA AKİF

Vəzifəsi: Müəllim
Doğum tarixi: 25.05.1973
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti -1995, Riyaziyyat
İxtisas: Riyaziyyat, informatika və hesablama texnikası
İşə qəbul olunma tarixi: 16.11.2005

HƏBİBOVA NÜBAR AZAD

Vəzifəsi: Müəllim
Doğum tarixi:  15.08.1970
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti – 1993, Tətbiqi riyaziyyat
İxtisas:  Tətbiqi riyaziyyat
İşə qəbul olunma tarixi: 14.09.2007

QURBANOVA XƏYALƏ VAHİD

Vəzifəsi: Müəllim
Doğum tarixi: 01.08.1985
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Texniki Universiteti
İxtisas: İnformatika və hesablama texnikası
İşə qəbul olunma tarixi: 03.05.2018