Mamalıq işi

Axundova İradə Məmmədağa qızı 1986-cı ildən 1 nömrəli Bakı Tibb Kollecində “Daxili xəstəliklər “ fənn müəllimi kimi fəaliyyətə başlamışdır. 1995-2007-ci illərdə “Müalicə işi “ şöbəsinin müdiri, 2007-2021-ci illərdə kollecin “Müalicə işi və Əczaçılıq “ şöbəsinin müdiri , 2021-ci ilin mart ayından “Mamalıq işi ” şöbəsinin müdiri vəzifəsində çalışır.

1 nömrəli Bakı Tibb Kolleci   120  ildir ki, orta ixtisas tibb təhsilinin inkişafını müvəffəqiyyətlə təmin edir. Bu illər ərzində mamalıq şöbəsi  kollecin əsas aparıcı ixtisaslarından biri olmuşdur. Hal-hazırda 1 nömrəli Bakı Tibb Kollecində “040706”  “Mamalıq işi” ixtisası üzrə  subbakalavr hazırlığını həyata keçirir. Əsas məqsədimiz peşəkar  mama kadrların yetişdirilməsi və ölkəmizi ixtisaslı kadrlarla təmin etməkdir. Kadr hazırlığı prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin  2021-ci il Orta İxtisas Təhsilinin İxtisas Üzrə Təhsil Proqramı əsasında həyata keçirilir.

         Mama peşəsinin məqsədi hamilə  qadın və ginekoloji xəstələrə həkimə qədər müalicə profilaktik, təxirəsalınmaz tibbi yardım göstərmək və kömək etməkdir. Məqsədimiz məzunlarımız müxtəlif  qadın məsləhətxanalarında, doğum evlərində, eyni zamanda xəstəxanaların doğum şöbələrində günün tələblərinə cavab verən kadr kimi üzərinə düşən əsas vəzifələrin öhdəsindən bacarıqla gəlməsidir.

       “Mamalıq işi” ixtisası   şöbəsinin vəzifəsi tədris və işçi- tədris planlarının layihələrinin hazırlanması və dərslərin gedişinə nəzarət, kredit sisteminə uyğun olaraq tədrisin təşkilinə nəzarətdir(dərsə davamiyyət,kredit sisteminə uyğun tələbələrin qiymətləndirilməsi). Tələbələrin sosial vəziyyəti və problemləri ilə maraqlanmaqdır.

     Eyni zamanda tələbə məmnunluğunun öyrədilməsi məqsədilə mütəmadi sorğular keçirilir. Bizim kolleci bitirən tələbələrin məşğulluq problemlərinin həll edilməsi üzrə tədbirlər görülür. Məzunlarımız  nəinki ölkəmizdə, eyni zamanda ölkəmizdən kənarda da müvəffəqiyyətlə fəaliyyət göstərir.

     “Mamalıq işi” ixtisasının məzunları aşağıdakıları bilməli və bacarmalıdır:

  • İşlədikləri əhatə dairəsində hamilə qadınları, xüsusilə hamiləlik və doğuş ağırlaşmaları olan qadınları vaxtında aşkar edərək həkim nəzarətinə çatdırmaq;
  • Hamiləlik , doğuş, doğuşdan sonrakı dövrdə və ondan kənar vaxtlarda qadın xəstəliklərinin   aşkar edilməsi, müalicəsində həkimin tam huquqlu yardımçısı olmaq;
  • Fəsadlaşmış hamiləlik, qanaxma, yenidoğulmuş körpəyə kəskin xəstəliklər zamanı təxirəsalınmaz yardım göstərmək;
  • Müayinə üsulu ilə hamiləliyin diaqnozunu qoymaq, hamiləliyin müddətini təyin
  • etmək;
  • Doğum evlərində yeni doğulmuşlara vərəmə, hepatitə qarşı peyvənd həyata keçirmək;
  • Normal doğuşu qəbul etmək, yenidoğulmuşlara birincili və ikincili qulluğu bacarmaq;
  • Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizli keçən xəstəlikləri xüsusən      xərçəng, AİDS və zöhrəvi xəstəliklərin ilk formalarının vaxtında aşkar edilməsinə kömək etmək;
  • Hamilə və ginekoloji xəstələrdə qan qruplarının, hemoqlobin, sidikdə zülalın təyini və fizioterapevtik prosedurları bacarmalı və yerinə yetirməlidir.

      Tələbələrimiz tədris təcrübələrini müxtəlif tibb müəssələrində,klinikalarda keçir və nəzəri bilikləri tədris təcrübəsində möhkəmləndirir. Ölkəmizdə tibb müəssələrinin çoxalması orta ixtisaslı tibb işçilərinə təlabatın artması deməkdir.Bu da bizim qarşımıza savadlı,geniş dünyagörüşü olan, bir neçə xarici dillərə yiyələnmiş tibb işçiləri hazırlamaq məsuliyyətini qoyur.