Babayeva Kəmalə Teymur qızı -1 nömrəli Bakı Tibb Kollecində “Uşaq xəstəlikləri “ fənni üzrə müəllim vəzifəsində işləyir. “Pediatriya” fənn birləşmə komissiyasının sədridir.
Pediatríya – Tibbin uşaq xəstəlikləri, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. “Pediatriya” sözü yunanca paidos-uşaq, iatreia –müalicə sözlərindən əmələ gəlib. Bu sahədə əsas məqsəd böyüməkdə olan uşaq orqanizmin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklər barədə ətraflı məlumat verməkdir. Uşaqlar arasında xəstələnmə hallarının qarşısının alınmasında profilaktik işin düzgün təşkili daha zəruridir. Belə ki, pediatriyanın aktual problemlərinin əksəriyyəti profilaktika ilə əlaqədardır. Gələcəyin tibb bacıları uşaqlarda xəstəliklər zamanı onlara qulluğu və tibbi manipulyasiyaları ətraflı bilməli,rast gəlinən ağırlaşmalar zamanı ilk yardımı layiqincə yerinə yetirməlidirlər.
Müəllimlər həm təcrübə, həm də mühazirə zamanı tədrisi müasir metodlarla aparırlar. Fənnin praktik hissəsi, şəhərimizin müasir texnologiya ilə təchiz olunmuş klinikalarında tədris olunur. Dərslərin klinikalarda keçirilməsi, tələbələrə xəstəliklərin gedişatını və müalicəsini daha aydın görməsinə,ağırlaşmalar zamanı ilk yardımı daha savadlı göstərməsinə çox müsbət təsir edir. Bu da nəticənin daha keyfiyyətli olmasına səbəb olur. Tibb işçisi öz peşəsini sevməli, xəstələrlə münasibətdə diqqətli olmalı, səliqəli xarici görünüşlə xəstələrdə ruh yüksəkliyi yaratmalıdır
“Pediatriya” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- Uşaq xəstəlikləri
- Pediatriya
- Pediatriyada tibb bacılığı
“Pediatriya” fənn birləşməsi komissiyasının tərkibində 20 nəfərdən ibarət həkim-müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.