Tələbə Həmkarlar Təşkilatı

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) büro üzvləri adətən  11-13 nəfərdən ibarət olur. Kollecdə təhsil alan bütün tələbələr THİK-nin üzvüdür.

Komitənin fəaliyyəti aşağıdakılardan ibarətdir:
• Təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığına qayğı göstərilməsi, asudə vaxtının səmərəli təşkili, mədəni maarif işinin inkişaf etdirilməsi;
• Həmkarlar İttifaqı üzvləri arasından fəalların, Həmkarlar İttifaqı işçilərinin hazırlanması;
• Həmkarlar İttifaqı üzvlərinə və tabeliyindəki təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsindən ibarətdir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır. THİK kolllecin tələbələrini ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşması, kollecin daxili nizam-intizam qaydalarına riayət etməsi, tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, kolllecin ictimai həyatı və elmi cəhətdən fərqlənən THİK fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.

Bununla yanaşı, Komitənin nəzdində kollecin “Müalicə masajı” şöbəsinin “Özfəaliyyət ansamblı” fəaliyyət göstərir. İstedadlı tələbələr sistematik olaraq qurduqları tamaşaları kollec ictimaiyyətinə təqdim edirlər. 

Ulu öndərimiz H.Əliyevin “Anım günü” və “Doğum günü”nə həsr edilmiş tədbirlər  keçirilir.

Hər il kollecdə tələbələrin iştirakı ilə “Yeni il” “Dünya Azərbaycanlılarının Həmrəylik günü”, “Novruz bayramı” qeyd edilir.

Bayram ərəfələrində “Uşaq evləri”-nə sovqatlar aparılır.

Hər il “ Qanlı Yanvar” və “Xocalı soyqırımı” günü anılır. “Şəhidlər xiyabanına” yürüş keçirilir.

Bundan əlavə kollecdə təhsil alan “Müalicə masajı” şöbəsi tələbələrinin iştirakı ilə “Respublika Əlillər günü” qeyd olunur.

Tələbələrin iştirakı ilə ekskursiyalar təşkil edilir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi müntəzəm olaraq kollec daxilində intellektual yarışların təşkil olunmasını təmin edir.