- Ümumi müddəalar
1.1. Orta ixtisas təhsilinin 040714 “Tibb bacısı işi” ixtisası üzrə Təhsil proqramı “ Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcədə “ Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) sənədinə və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” na uyğun hazırlanmışdır.
1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
- İxtisas üzrə məzunun kompetensiyalarının, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsüllarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
- Tələbələri və işə götürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcədə təlim nəticələri barədə məlumatlandırmaq ;
- Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsil müəssisələri üçün məcburidir.
1.4. Tələbələnin (xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır ( ümumi təhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 % -dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.
2. Məzunun kompetensiyaları
2.1.Təhsil Proqramının sonunda məzun AzMKÇ-nin 5-ci səviyyəsində nəzərdə tutulmuş deskriptorlarla yanaşı aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir.
- İxtisası üzrə Azərbaycan dilində, ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyət qurmaq bacarığına;
- Azərbaycan Dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları, müasir dünyadakı yerinə, roluna dair sistemli və hərtərəfli biliklərə;
- İş yerində informasiya texnologiyalarından səmərəli istifadə bacarığına;
- Komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına;
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək və uğur qazanmaq bacarığına;
- Məsələlərin həlli üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına;
- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti, özünü yenidən qiymətləndirmək, özünütənqid bacarığına.
2.2 040714 – “Tibb bacısı işi” ixtisası üzrə məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- Tibb bacısı fəaliyyətinin bütün sahələrində hüquq və vəziflərini, ixtisas sahəsi üzrə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış təlimatları, öhdəlikləri bilməlidir;
- Pasiyentlərlə, iş yoldaşları ilə və əhali arasında ünsiyyət qurmaq bacarığına:
- Öz peşə fəaliyyətində insanların sağlamlığının keşiyində durması yönündə rolunu, əhəmiyyətini və peşəsinin dünyəviliyini bilmək bacarığına;
- İxtisasının xüsusiyyətinə uyğun bütün bilik və bacarıqlar toplusuna malik olmalı, fəaliyyətinin bütün mərhələlərində həmin bacarıqları tətbiq etmək bacarığına;
- Tibbin müasir inkişafına uyğun olaraq daim biliyini artırmaq və ixtisaslaşmaq bacarığına;
- Fəaliyyətinin bütün mərhələlərində sərbəst qərar vermək, kollektiv içərisində işləri planlaşdırmaq və iş qrafikini qurmaq bacarığına;
- Sanitar-gigiyenik normaları, qaydaları bilmək və tətbiq etmək bacarığına;
- İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasını aparmaq, əhali arasında xəstə şəxsləri aşkar etmək və düzgün istiqamətləndirmək bacarığına;
- Əsas müalicə və diaqnostik müayinə formalarını, prosedurlarını bilmək və tətbiq etmək bacarığına;
- Dərman formalarının işlədilmə qaydalarını, saxlanılmasını və tətbiqindən sonra əmələ gələn ağırlaşmalar zamanı təxirəsalınmaz tibbi yardım göstərmək bacarığına;
- Stasionar, ambulator və ev şəraitində həkim təyinatı üzrə müalicəni yerinə yetirmək və qulluq etmək bacarığına;
- Xəstələrə qulluq və müayinə-müalicə prinsiplərini həyata keçirərkən etik normalara və deantoloji qaydalara əməl etmək bacarığına;
- Tibbi avadanlıqları, aparaturanı işlətmək, saxlamaq və təhlükəsizlik qaydalarını bilmək bacarığına;
- Əhali arasında sanitar-maarifi işini aparmaq, təlimatlandırmaq, fəaliyyətinin bütün mərhələlərində vəzifəsinə uyğun tibbi sənədləşməni bilmək bacarığına;
- Tibb bacısının fəaliyyətinin bütün sahələrində sanitar-epidemioloji rejimə, aseptika və antiseptika qaydalarına çox ciddi riayət etmək bacarığına;
- Pasyientləri müxtəlif diaqnostik müayinələrə, prosedurlara və əməliyyatlara hazırlamaq bacarığına;
- İşlənən alətləri, tibbi ləvazimatları, geyim formalarının sterilizasiyasına nəzarət etmək, steriliyini yoxlamaq bacarığına;
- Kiçik tibb personalının işinə nəzarət etmək və iş yerini təşkil etmək bacarığına;
- Fəaliyyətinin bütün sahələrində tabeçilik qaydalarını bilmək (direktor, baş həkim, şöbə müdiri, həkim, baş tibb bacısı, böyük tibb bacısı) bacarığına.
- Bioloji materialları pasiyentlərdən götürmək, saxlamaq, çatdırmaq və müayinələrin cavablarını toplamaq bacarığına;
- Tibbi tullantıların toplanmasını və utilizasiyasını bilmək bacarığına;
- Profilaktik məqsədlə vaksinasiyanı aparmaq və onun hesabatını hazırlamaq bacarığına;
- Sağlamlığını itirmiş və əlilliyi olan şəxslərə qulluq etmək, onlara özünə qulluq qaydalarını öyrətmək və həmin şəxslərin yaxınlarına onlarla rəftar etmək qaydalarını öyrətmək bacarığına;
- Reanimasion hallarda və xroniki xəstəliklərin qəfil kəskinləşməsində həkiməqədərki təxirəsalınmaz tibbi yardım göstərmək bacarığına;
- Sahəsində xroniki xəstələrin dispanser müşahidəsini aparmaq və dövrü olaraq həmin xəstələri diaqnostik müayinəyə, müalicəyə yönəltmək bacarığına;
- Qəfləti ölüm hallarında meyitlə davranmaq və onun yaxınlarına dəstək olmaq bacarığına;
- Fövqəladə və hərbi vəziyyətlərdə tibbi xidməti təşkil etmək və zərərçəkmişlərə tibbi yardım göstərmək bacarığına;
- Təhsil Proqramının strukturu
- Təhsil Proqramı minimum 180 (3 il) AKTS kreditindən ibarət olmalıdır. Kreditlər aşağıdakı şəkildə bölüşdürülür.
3 . Tədris və öyrənmə.
3.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramının ikinci bəndində nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər
3.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə ( məsələn: müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə( məsələn: kollecin veb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.
3.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
3.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar.
- təqdimatlar;
- müzakirələr;
- debatlar;
- müstəqil iş;
- sahə işləri;
- rollu oyunlar;
- hesabatlar;
- simulyasiya və s.
Aşağıdakı formalarda keçirilə bilər.
- mühazirə (o cümlədən audio və video) və seminarlar (o cümlədən distant);
- praktik məşğələlər;
- laborator məşğələlər və s.
3.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gucləndirilməsinə yetirilməlidir.
3.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.
4. Qiymətləndirmə.
4.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölcülə bilsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarinin nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
4.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn:fən proqramında,sillabusda və s.) təsvir edilməli və hamı ücün açıq olmalıdır (məsələn:təhsil müəssisəsinin veb səhifəsində,proqramın broşürlərində və s.).
4.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisənin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
4.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanın və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
– yazılı tapşırıqlar;
– bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
– şifahi təqdimatlar;
– sorğular;
– açıq müzakirələr;
– praktika hesabatları;
– praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
– portfolionun qiymətləndirilməsi;
– frontal sorğu;
– qrup şəklində və özünü qiymətləndirmə və s.
Sadalanan üsullar fənnin spesifikasından asılı olaraq seçilə və ya dəyişdirilə bilər.
4.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq, qabiliyyət səviyyəsinin düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq,qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.
4.6. Tələbələrə müəllimlərlə ,qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
4.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələr akademik dürüstlüyə riayət etmək, plagiat problemini anlamaq öyrədilməlidir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar
5. Proqramın və hər bir fənnin təlim nəticələri.
5.1. Hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və bir fənnin silabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin,akademik heyətin səlahiyyətindədir. Təhsil proqramının təlim nəticələri isə bu proqramla müəyyən olunur.Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının təlim nəticələrinə əlavələr edə bilər.
5.2. Təlim nəticələri müvafiq olaraq bu proqramı hazırlayan işçi qrupu və hər bir orta ixtisas təhsili müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
5.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədi ilə fənlərin sillabusları hər semestr yenilənməlidir.
6. İnfrastruktur və kadr potensialı.
6.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
040714 “Tibb bacısı işi” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə (sensor lövhələr, proyektorlar, kompüterlər) təchiz olunmuş auditoriyalar, mühazirə zalları, simulyativ mulyajlarlarla təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, linqafon kabinetlərin və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkələr, internet, məlumat bazaları, elektron kitabxanalarına çıxışı təmin edilməlidir.
6.2. Orta ixtisas müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur.Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn peşəkarlar da tədrisə cəlb oluna bilər.
7. Təcrübə.
7.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından vacibdir.
7.2 Təcrübə xəstəxanalarda, poliklinikalarda, birləşmiş xəstəxanalarda və s. təşkil oluna bilər.
7.3. Təcrübədən əvvəl orta ixtisas təhsil müəssisəsi və təcrübə təşkil olunacaq müəssisə, xəstəxana, poliklinika müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər özəl müəssisələrdə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbənin hüquq və öhdəlikləri, digər zəruri təfərrüatlar əks olunur.
7.4.Təcrübənin qiymətləndirilməsi: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və Təhsil Nazirliyinin əsasnamələri , digər hüquqi normativ sənədlər əsasında aparılır.
8. Məşğulluq və ömür boyu təhsil
8.1. 040714 “Tibb bacısı“ ixtisası üzrə subbakalavr elmi-tədqiqat institutları, poliklinika, feldşer-mama məntəqəsi, klinika, diaqnostika və reabilitasiya mərkəzləri, dispanser, hərbi qospital və hərbi hissələrin tibb bölmələri, uşaq baxçaları, istehsalat sahələrinin tibbi sanitar məntəqələri, dəmir yolu və hava limanlarının tibb məntəqələri, sanator-kurort və sağlamlıq zonaları, tədris müəssisələri və idman komplekslərinin tibb məntəqələrində çalışa bilər.
8.2. Orta ixtisas təhsil müəssisəsi Təhsil proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcədə vakant iş yerlərinə və məzunlarının işlə təmin olunma göstəricilərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidir.
8.3. Subbakalavr proqramının məzunları təhsillərini bakalavriat səviyyəsində davam etdirə bilərlər. İxtisas uyğunluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “ Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas ( baza ali ) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli” nə müvafiq aparılır
8.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.