Tibb bacısı (qardaşı) işi

Əli-zadə Cəmilə Çingiz qızı, 2001-ci ildə 1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işləmişdir. Hal-hazırda “Tibb bacısı işi” ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışır.

“Tibb bacısı işi” şöbəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Tibb bacısı (qardaşı) işi” ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirir. Göstərilən məqsədə nail olmaq üçün qarşımızda tədrisin kefiyyətini daha da artırmaq, tələbələrin istər nəzəri, istərsə də təcrübi hazırlığını daha da gücləndirmək kimi mühüm vəzifələr dayanmışdır. Tədris, metodik, tərbiyə işlərini daha da təkmilləşdirmək, qabaqcıl təcrübədən səmərəli istifadə etmək gündəlik fəaliyyətimizin ayrılmaz tərkib hissəsidir.

Şöbənin qarşısında dayanan əsas vəzifələrdən biri də tələbələrimizin tibbin bu və ya digər sahəsində sadəcə biliklərini artırmaq deyil, həmçinin onlara gələcəkdə öz işinə məsuliyyətlə yanaşmaq hissini aşılamaqdır.

Son 3 il ərzində “Tibb bacısı işi” ixtisası üzrə əlavə təhsil almaq üçün müraciət edən  tələbələrin sayı çoxalmışdır.

Kredit sisteminin tələblərinə uyğun olaraq tələbələrin sərbəst işləmə metodlarını təkmilləşdirmək də fəaliyyətimizin mühüm bir hissəsi olaraq qalır. Tələbələrin elmi ədəbiyyatla işləməsi, məruzə, referatların hazırlanması, mövzuların prezentasiyası, aktual mövzulara dair məhsuldar diskussiyalar, interaktiv fəaliyyət və s. bu sıradan olan işlərdir.

Ölkə səhiyyə sisteminin tibb bacısı (qardaşı) kadrlarına ehtiyacının çoxalması, yeni müalicə-profilaktika müəssisələrinin açılması və s. nəzərə alınaraq şöbənin qəbul planı artırılmışdır. Bu, işlərimizin miqyasının genişləndirilməsini və keyfiyyətcə təkmilləşdirilməsini tələb edir, məsuliyyətimizi daha da artırır.

“Tibb bacısı (qardaşı) işi” ixtisası üzrə məzunlar aşağıdakıları bilməli və bacarmalıdırlar:

  • Komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına;
  • Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
  • Peşəkar fəailiyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək bacarığına;
  • Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə vəziyyəti, özünü yenidən qiymətləndirmək,özünütənqid bacarığına;
  • Pasientlərlə, iş yoldaşları ilə, əhali arasında ünsiyyət qurmaq bacarığına;
  • Öz peşə fəaliyyətində insanların sağlamlığının keşiyində durması yönündə rolunu, əhəmiyyətini və peşəsinin dünyəviliyini bilmək bacarığına;
  • İxtisasının xüsusiyyətinə uyğun bütün bilik və bacarıqlar toplusuna malik olmalı, fəaliyyətinin bütün mərhələlərində həmin bacarıqları tətbiq etmək bacarığına;
  • Sanitar-gigiyenik normaları, qaydaları bilmək və onlara əməl etmə;
  • İnfeksion ve qeyri-infeksion xəstəliklərin profiliktikasını aparmaq, əhali arasında xəstə şəxsləri aşkar etmək və fəaliyyət düzgün istiqamətləndirmək bacarığına;
  • Əsas müalicə və diaqnostik müayinə formalarını, prosedurlarını bilmək  və tətbiq etmək bacarığına;
  • Dərman formalarının işlədilmə qaydalarını, saxlanılmasını və tətbiqindən sonra əmələ gələn ağırlaşmalar zamanı təxirəsalınmaz tibbi yarım göstərmək bacarığına;
  • Stasionar, ambulator və ev şəraitində həkim təyinatı üzrə müalicəni yerinə yetirmək və qulluq etmək bacarığına;
  • Xəstələrə qulluq və müayinə-müalicə prinsiplərini həyata keçirərkən etik normalara və deontoloji qaydalara əməl etmək bacarığına;
  • Tibbi avadanlıqları, aparaturanı işlətmək, saxlamaq və təhlükəsiszlik qaydalarını bilmək bacarığına;
  • Əhali arasında sanitar-maarif işini aparmaq, təlimatlandırmaq, fəaliyyətinin bütün mərhələlərində vəzifəsinə uyğun tibbi  sənədləşməni bilmək bacarığına;
  • Tibb bacısının fəaliyyətinin bütün sahələrində sanitar-epidemioloji rejimə,aseptika və antiseptika qaydalarına çox ciddi riayət etmək bacarığına;
  • Pasientləri müxtəlif diaqnostik müayinələrə, prosedurlara və əməliyyatlara hazırlamaq bacarığına;
  • İşlənən alətləri, tibbi ləvazimatları, geyim formalarının sterilizasiyasına nəzarət etmək, sterilliyini yoxlamaq bacarığına;
  • Bioloji materialları pasientlərdən götürmək, saxlamaq, çatdırmaq və müayinələrin cavablarını toplamaq bacarığına;
  • Profilaktik məqsədlə vaksinasiyaları aparmaq və onun hesabatını hazırlamaq bacarığına;
  • Sağlamlığını itirmiş və əlilliyi olan şəxslərə qulluq etmək, onlara özünəqulluq qaydalarını öyrətmək və həmin şəxslərin yaxınlarına onlarla rəftar etmək qaydalarını öyrətmək bacarığına;
  • Reanimasiya hallarında  və xroniki xəstəliklərin qəfil kəskinləşməsi zaman həkiməqədərki təxirəsalınmaz tibbi yardım göstərmək bacarığına;
  • Sahəsində xronik xəstələrin dispanser müşahidəsini aparmaq və dövrü olaraq həmin xəstələri diaqnostik müayinəyə, müalicəyə yönəltmək bacarığına;
  • Qəfləti ölüm hallarında meyitlə davranmaq və onu yaxınlarına dəstək olmaq bacarığına;
  • Fövqalədə və hərbi vəziyyətlərdə tibbi xidməti təşkil etmək və zərərçəkmişlərə yardım göstərmək bacarığına malik olmalıdırlar.

Bütün yuxarıda qeyd olunmuş bacarıqları lazımi səviyyədə qavramaq üçün tələbələrin təcrübi hazırlığı önəmlidir. Bu məqsədlə kollecin tədris planına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollecimiz üçün tədris-təcrübə bazaları kimi təsdiq olunmuş müalicə profilaktika müəssisələrində yüksək səviyyədə tədris, ixtisasyönümlü, diplomqabağı təcrübələr keçirlər.

Məzunlarımız  ölkəmizin ayrı-ayrı klinikalarında uğurla çalışırlar.