Azərbaycan Tibb Universitetində tibb ixtisasları üzrə yeni tədris proqramları müzakirə olunub
Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin nümayəndələri 2 iyun 2026-cı il tarixdə Azərbaycan ...
Səhiyyə təhsilində yeniliklər: yeni proqram üzrə müzakirələr
Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin nümayəndələri Bakı Sağlamlıq Mərkəzində 2 iyun 2026...
Milli Onkologiya İnstitutunda “Mamalıq işi” ixtisası üzrə yeni təhsil proqramının layihəsi müzakirə olunub
03 iyun 2026-cı il tarixdə Milli Onkologiya İnstitutunda “Mamalıq işi” ixtisası (040706) üzrə yeni t...
1 NÖMRƏLİ BAKI TİBB KOLLECİ
MƏZUN ANDI
Mən, tibb işçisi kimi humanist peşə sahəsində fəaliyyətimə başlayarkən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək səhiyyəmizin tarixi ənənələrinə sadiq qalacağıma,insanlara keyfiyyətli tibbi xidmət göstərəcəyimə,onlarla münasibətdə qeyri-etik davranışa yol verməyəcəyimə, həmkarlarımla və xəstələrlə münasibətimi hörmət və ləyaqət əsasında quracağıma, peşə fəaliyyətim zamanı baş verənləri, gördüklərimi və eşitdiklərimi bir sirr olaraq saxlayacağıma, tibb işçisi adını və şərəfini hər zaman uca tutacağıma təntənəli surətdə and içirəm! Qoy həyatımda nəsibim olacaq xoşbəxtlik və insanların mənə rəğbəti, andıma sadiq qalmağımın təsdiqi olsun!
HAQQIMIZDA
Tariximiz bu günümüz
Azərbaycanda nəzəri və təcrübi tibbin tarixən inkişafı, ölkəmizdə zamanın tələblərinə cavab verən müalicə və ixtisaslı tibb kadrlarını yetişdirən tədris müəssisələrinin yaradılmasını labüd edirdi. Bu baxımdan XX əsrin ilk illərində Bakı Tibb Məktəbinin (Mama-feldşer Məktəbi) yaradılması tam gözlənilən faktdır.






