İctimai elmlər

Rəsulova Yeganə Məhəmməd -1 nömrəli Bakı Tibb Kollecində “İctimai elmlər fənni üzrə müəllim işləyir. “İctimai elmlər” fənn birləşmə komissiyasının sədridir.

Tələbənin azad şəxsiyyət və məsuliyyətli vətəndaş kimi formalaşması üçün ictimai elmlərin öyrənilməsi vacibdir. Tələbə məhz ictimai elmləri öyrənərkən insan haqlarının müdafiəsi və şəxsiyyətə hörmət, dünya kontekstində öz ölkəsinin hökumət, mədəni, iqtisadi və siyasi maraqlarını analiz etmək haqqında bilik əldə edir. Eyni zamanda tələbə özünün demokratik cəmiyyət və qanunun aliliyi qarşısında məsuliyyət və hüquqlarını öyrənir. Bütün bunlar tələbənin humanist dünyagörüşünün formalaşmasına yardım göstərir. Məhz ictimai elmlərin öyrənilməsi ilə tələbənin şəxsi ,ailəvi ,ictimai həyatda müstəqil qərarların qəbul edilməsi, həyata keçirilməsi haqqında biliyi inkişaf edir.

“İctimai elmlər” fənn birləşməsi komissiyasının müəllimləri dəyişən, dinamik etnik və mədəni cəhətdən rəngarəng dünyada tələbəyə özünü Azərbaycan cəmiyyətinin üzvü kimi dərk etməni; öz ölkəsinin ,cəmiyyətinin və referent icmasının mədəniyyətini tanımasını ; Azərbaycanda və ya dünyada yaşayan başqa cəmiyyətlərin mədəniyyətlərini tanımasını; qayğı əxlaqının nə olduğunu və nə üçün dəyərli olduğunu analiz etməsini və s. öyrətməyə çalışır. Eyni zamanda şəxsiyyətə hörmət və insan haqlarının müdafiəsi haqqında bilik əldə etməyə kömək edir. Bütün bunlar tələbənin azad şəxsiyyət kimi və cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmasına kömək edir.

“İctimai elmlər” fənn birləşməsində Azərbaycan tarixi və Hüquq fənləri tədris olunur. Bu baxımdan ictimai elmlərin əsası fənn birləşməsi müəllimləri tərəfindən keçirilən “Hüququn əsasları” fənni çox əhəmiyyətlidir. Hüquq fənninin əsas vəzifələrindən biri İnsan hüquqlarının və azadlıqlarının təşviqi və qorunması baxımından tələbələrə cəmiyyətdə insan hüquqlarının və universal mədəniyyətinin qurulması və qorunması üzrə səlahiyyət vermək məqsədi daşıyan təhsil, təlim, marifləndirmə , məlumat, təcrübə və fəaliyyətlər kimi müəyyən edir. Kollecimizdə təhsil alan hər bir tələbənin bu hüquq və azadlıqlara hörməti təbliğ etmək məqsədilə öyrətmək hüquq fənninin əsas vəzifələrindən biridir.

Təhsil inkişafa, həmçinin sosial və iqtisadi uğurlara nail olmaq üçün fərdlərin və icmaların imkanları və potensialına əsaslı təsir göstərir. Təhsil özü də bir insan hüququdur, həm də digər insan hüquqlarını həyata keçirmək üçün əvəzsiz vasitədir. Bu gün müstəqil Azərbaycan Respublikası bütün dünyaya inteqrasiya etdiyi bir zamanda müstəqil Azərbaycan Dövlərinin hər bir vətəndaşı, fərdi öz hüquq və azadlıqlarını bilməli və bu hüquq və azadlıqlarına hörmət etməlidir.Bu baxımdan ictimai elmlərinn əsası fənn birləşməsi müəllimləri tərəfindən kecirilən “Hüququn əsasları” fənni cox əhəmiyyətlidir. Kollecimizdə təhsil alan hər bir tələbənin bu hüquq və azadlıqlara hörməti təbliğ etmək məqsədilə öyrətmək hüquq fənninin əsas vəzifələrindən biridir.

İnsan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir; bu hüquqlar insanların onlar olmadan ləyaqətlə yaşaya bilməyəcəkləri əsas standartları müəyyən edir. İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Ayrıseçkiliyi məruz qalmamaq, yaşamaq hüququ, söz azadlığı, evlənmək hüququ və təhsil hüququ bu hüquqların nümunələrinə daxildir. İnsan hüquqları bütün şəxslər üçün bərabər, universal və daimidir. Onlar ayrılmaz, bölünməz və bir-birilərinə bağlıdır, bu o, deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməzlər; bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır.

 

Kollecdə təhsil alan hər bir tələbə İnsan hüquq və əsas azadlıqlarının nə olduğunu bilməli, bu hüquqlarından necə istifadə edə bilər, onlara necə riayət edə bilər? – Kollecdə təhsil alan hər bir tələbənin ilk növbədə təhsil almaq hüququ vardır. Hər kəsə “İnsan hüquq və azadlıqlarına hörməti gücləndirən” təhsil hüququ verilir. İnsan hüquqları təhsilinin məqsədi insan hüquqları mədəniyyətinə sahib bir dünya yaratmaqdır. Bu hər kəsin hüquqlarına hörmət edildiyi və hüquqların özünə hörmət edildiyi bir mədəniyyətdir; insanların öz hüquqları və məsuliyyətlərini başa düşdükləri, insan hüquqları pozuntularını müəyyən etdiyi və dıgərlərinin hüquqlarının qorunması üçün tədbir gördüyü bir mədəniyyətdir. Bu dil, adətlər, incəsənət və müəyyən yerlə əlaqədar bağlılıqları kimi insan hüquqlarının da fərdlərin həyatının bir parcası olduğu mədəniyyətdir. Hüquq fənninin əsas vəzifələrindən biri də İnsan hüquqlarının və əsas azadlıqlarının təşviqi və qorunması baxımından tələbələrə cəmiyyətdə insan hüquqlarının və universal mədəniyyətinin qurulması və qorunması üzrə səlahiyyət vermək məqsədi daşıyan təhsil, təlim, marifləndirmə, məlumat, təcrübə və fəaliyyətlər kimi müəyyən edir.

Tədris kursunun mərkəzində olan fənlərdən biri də “Azərbaycan Tarixi” fənnidir. Tələbə başlanğıc pillədə tarixi keçmişlə tanış olur bununla da keçmişdə baş vermiş müxtəlif maraqlı hadisələri, şəxsiyyətləri və mədəniyyət abidələrini öyrənir və onları bu günümüzlə əlaqələndirir. Bu, tələbənin keçmişinə qarşı marağını artıracaq və gənclərdə fərqli pərakəndə məlumatların bütöv şəkildə dərki-analizini asanlaşdıracaqdır.

Tələbələr Azərbaycan tarixinin əhəmiyyətli məsələləri ilə tanış olacaqlar. Müəllimin köməyi ilə tələbələr müxtəlif sosial, iqtisadi, siyasi, mədəni tərəflərdən Azərbaycan keçmişi və müasir dövrünü əlaqələndirməyi bacarmalıdırlar. İnformasiya əldə etmək üçün onlara müxtəlif növ mənbələr göstərməliyik ki, müvafiq dərin mülahizə və giriş imkanlarını verəcək. Nəticədə tələbələr onu da aşkar edəcəklər ki, keçmişi müxtəlif perspektivlərdən görə və dərk edə bilərl

 

“İctimai elmlər” fənn birləşməsinə  aşağıdakı fənlər aiddir:

  • Azərbaycan tarixi;
  • Fəlsəfə;
  • Hüququn əsasları;
  • Bioetika;
  • Multikulturalizmə giriş

“İctimai elmlər” fənn komissiyasinın tərkibində 8 nəfər müəllimdən ibarət pedaqoji heyət müəllim fəaliyyət göstərir.

Azərbaycan tarixi

Azərbaycan tarixi fənnində Azərbaycana aid ilk tarixi məlumatlar, arxeoloji materiallar təhlil edilir. Şimali Azərbaycan XIX əsrin 30-50-ci illərində, Şimali Azərbaycan XIX əsrin II yarısında, Cənubi Azərbaycan XIX əsrin 30-90-cı illərində olan hadisələr təhlil edilir. Qarabağ müharibəsinin siyasi, iqtisadi böhranları, Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri öyrədilir. Ümummilli lider Heydər Əliyevin Respublika İqtisadiyyatının inkişafında, çiçəklənməsində misilsiz rolu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri təhlil edilir. Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolu təhlil edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu təhlil edilir. Azərbaycanın vətən müharibəsində tarixi Qələbəsi sistemli təhlil edilir.

Fəlsəfə

Fəlsəfə fənnində təbiət və  cəmiyyətin, insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümümi  qanunauyğunluqlar öyrədilir.

Hüququn əsasları

Hüququn əsasları fənnində hüquqi münasibətlərin iştirakçısı kimi (tələbə, məzun, işçi, istehlakçı) vətəndaş hüquqları, vəzifə borcları, qanunların quvvəyə minməsi, ödənişli təhsil almağın qaydaları öyrədilir.

Bioetika

Bioetika fənnində tibb işcisinin cəmiyyət və vətən qarşısındakı mənəvi borcunu, tibbi etika haqqında qisa məlumatları, prinsipləri, tibb işcilərinin qarşılaşdıqları mənəvi etik problemləri, tibb işcisinin humanizmi, ümidsiz xəstənin son anına qədər ona yardım göstərməsini, kollektiv iş tərzində davranış qaydalari öyrədilir.

Multikulturalizmə giriş

RƏSULOVA YEGANƏ MƏHƏMMƏD

Vəzifəsi: Müəllim
Doğum tarixi: 22.04.1976
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Universiteti -1997, Magistratura-2004
İxtisas: Azərbaycan qədim və orta əsrlər tarixi
İşə qəbul olunma tarixi: 29.08.1997

HƏSƏNOVA AYGÜN VİDADİ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  24.01.1984
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti – 2006, Fəlsəfə
İxtisas:  Fəlsəfə
İşə qəbul olunma tarixi: 15.09.2014

AXUNDOVA NƏRMİNƏ ŞAMİL

Vəzifəsi: Müəllim
Doğum tarixi: 20.10.1992
Bitirdiyi təhsil müəssisəsi: : Azərbaycan Müəllimlər İnstitutu- 2015
İxtisas: Tarix və coğrafiya
İşə qəbul olunma tarixi: 19.09.2018

MƏMMƏDOVA ELİF BİNNƏT

Vəzifəsi: Müəllim
Doğum tarixi: 19.12.1989
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti-2012, tarix
İxtisas: Tarix
İşə qəbul olunma tarixi: 15.09.2015

ƏHMƏDOVA GÜLNARƏ SABİR

Vəzifəsi: Müəllim
Doğum tarixi:  28.08.1970
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti – 1995, hüquqşünas
İxtisas: Hüquqşünas
İşə qəbul olunma tarixi: 23.06.2003

NADİRZADƏ SƏBİNƏ XOŞBƏXT

Vəzifəsi: Müəllim
Doğum tarixi: 18.11.1972
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti -1994, mədəni maarif işi
İxtisas: Mədəni maarif işinin təşkilatçı metodisti
İşə qəbul olunma tarixi: 14.09.1999