Tələbə Gənclər Təşkilatının fəaliyyətlərinin tənzimlənməsini təmin etmək məqsədilə 2005 -ci ilin may ayında Gənclər, İdman və Turizm Nazirliyi (indiki Azərbaycan Respublikasi və İdman Nazirliyi) və Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının Əsasnaməsi” ni təsdiq etmişdir . Həmin əsasnaməyə uyğun olaraq 1 nömrəli Bakı Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı 25.05.2006-ci il tarixində yaradılmışdır. Ümumi maraqlar və könüllülük prinsipi əsasında formalaşan 1 nömrəli Bakı Tibb Kolleci Tələbə Gənclər Təşkilatının ilk sədri Zəhra Məmmədxanova (2006-2018), 2019-cu ildən isə sədr Əczaçılıq ixtisasının tələbəsi Elnur Həsənbəyli olmuşdur.
Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni ,sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.Son 3 ildə isə ittifaqın verdiyi imkanlar çərçivəsində TGT-nin bilavasitə təşkilatçılığı ilə 400-dən artıq layihə həyata keçirilmişdir. 1 nömrəli Bakı Tibb Kollecinin TGT-sinin nəzdində musiqi, idman, intelektual oyun, sağlamlıq, idman, vətənpərvərlik və s. klubları fəaliyyət göstərir. TGT tələbələri “Yay festivalı”,“Vətənpərvərlik” və “Birlik”düşərgələrində iştirak ediblər. 2022 ci illlərdə 1nömrəli Bakı Tibb Kolleci Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı tərəfindən ölkə kollecləri arasında ilin ən yaxşı TGT-si mükafatına layiq görülmüşdür.
Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəyli işində göstərdiyi səmərəli fəaliyyətinə görə müxtəlif fəxri fərmanlar və mükafatlara layiq görülmüşdür.( “İlin könüllüsü” fəxri fərmanı, “İlin Gənci” mükafatına, “İlin Tələbə Gənclər Təşkilatı Sədri”, Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”)
1nömrəli Bakı Tibb Kolleci TGT strukturuna 450 nəfər cəlb edilmişdir.
Təşkilatın aşağıdakı vəzifələri var:
• tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
• tələbələr arasında maarifləndirmə işinin aparılması;
• tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
• tələbələrin hüquqlarının təmin edilməsi;
• tələbələrin arasında narkomaniya, alkoqolizm ,cinayətkarlıq və digər neqativ meyillərə qarşı proflaktik tədbirlərin həyata keçirilməsi;
• tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, toplantıların , sərgilərin , aksiyaların , dəyirmi masaların , təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya , klublarının müzakirələrin , görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
• tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi ,sosial -iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərdə nəşr olunması;
• tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün, kollecin orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması və.s.