Osmanova Firuzə Ömər qızı, 2001-ci ildən 1 nömrəli Bakı Tibb Kollecində “Farmakologiya” fənnini tədris etmişdir. 2007-ci ildə Əczaçılıq fənn birləşməsində sədr təyin edilmişdir. 2019-cu ildə “İdman və müalicə masajı” bölməsinin rəhbəri olmuşdur. 2021-ci ildən “Müalicə işi”, “Əczaçılıq”, “Müalicə masajı” ixtisaslarının şöbə müdiri vəzifəsində çalışır.
Təhsil sahəsində dövlətin apardığı siyasət, cəmiyyətin həyatında, təhsilin getdikcə daha da böyük əhəmiyyət kəsb etməsi, orta ixtisas təhsilinin geniş vüsət alması, orta ixtisas tibb müəssisələrinin qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün aparılan işlər bir neçə istiqamətdə yerinə yetirilir: metodiki, təşkilati, tərbiyəvi, idea-siyasi, mədəni-kütləvi.
Əczaçı kadrlarına təlabatın yüksəlməsilə əlaqədar 2021-2022 tədris ilində şöbəyə qəbul planı qaldırılaraq 105 nəfərə çatdırılmışdır. Fəaliyyətimiz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi tədris planları əsasında aparılır. Tədris prosesi və təlimlər ixtisaslaşmış fənn kabinetləri, laboratoriyalar, auditoriyalarda tədris qrafiki əsasında aparılır.
Fəaliyyət çərçivəsi daxilində öncə kollecə yeni daxil olmuş tələbələrin adaptasiyasına yönəldilmiş tədbirlər planı həyata keçirilir. Bu zaman yığıncaqlar təşkil olunur, tələbələrin kolleclə tanışlığı həyata keçirilir, qruplarda sağlam tədris atmosferi yaratmaq üçün tədbirlər aparılır. Bu zaman kollecin ictimai həyatına tələbələrin daha aktiv cəlb olunması üçün hər bir qrupda ictimai işlərə bu sahəyə marağı olan tələbələr cəlb olunurlar. Geri qalan zəif tələbələrlə iş, fəaliyyətimizin əsas tərkib hissələrindən biridir. Tələbələrin müvəffəqiyyət göstəriciləri istər vaxtaşırı, istərsə də imtahan nəticələri monitorinq şöbəsilə əlaqədar nəzərdən keçırilir və lazımi tədbirlər görülür.
Kredit sisteminin əsas iş bölümlərindən biri də auditorityadankənar fəaliyyətdir. Bu işləri təşkil edərkən tələbələrin maraqları nəzərə alınır. Auditoriyadan kənar işlərin təşkilində müxtəlif fənn konfransları, yarışlar, disputlar və s. istifadə olunur
Əsas məqsədimiz tədris dövründə müasir tələblərə cavab verə biləcək, əmək bazarında özünə yer tuta biləcək kadr hazırlamaqdır. Bu məqsədlə bizim fəaliyyətimizin əsas tərkib hissəsindən biri məzunların işlə təmin olunub-olunmamasını izləməkdir.
Təhsil illəri ərzində məzunlar aşağıdakı peşə xüsusiyyətlərinə yiyələnməlidir.
- Peşə vəzifələri və funksiyalarının həyata keçirmək üçün ixtisası üzrə müasir nəzəri, təcrübi bilik və bacarığına;
- Fəaliyyətini peşəkar standartlara və təcrübələrə uyğun həyata keçirmək bacarığına;
- Peşəsinin tələbinə uyğun olaraq müasir məlumatlardan, yüksək tibbi texnologiyalardan istifadə etmək bacarığına;
- Bioəczaçılıq, farmakoqnostik, kimyəvi-toksikoloji, fiziki-kimyəvi və xromatoqrafiya üsulları, satışın stimullaşdırılması üsullarından eksperimental üsullarının aparılmasında iştirak etmək bacarığına;
- Dərman vasitələrinin hazırlanması məqsədi ilə yeni xammal mənbələrindən bioloji fəal maddələrin alınması və identifikasiyası üçün müstəqil iş aparmaq bacarığına;
- Dərman vasitələrinin alınması, saxlanılması və istifadə mərhələlərində əczaçılıq analizinin aparılmasında iştirak etmək bacarığına;
- Dərman bitki xammalının tədarükü, qəbulu və standartlaşmasını həyata keçirmək bacarığına;
- Aptek şəraitində bəzi dərman vasitələrinin hazırlanmasını həyata keçirmək bacarığına;
- Dərman vasitələrinin analizini aparmaq bacarığına;
- Əczaçılıq bazarının ayrı-ayrı hissələrində əczaçılıq işini təşkil etmək bacarığına;
- Xammal, substansiya və hazır dərman preparatlarına dair analitik-normativ sənədlərin hazırlanması bacarığına:
Məzunlarımız ölkənin müxtəlif müalicə-profilaktika, aptek müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.