Əliyeva Rəsmiyyə Mahmud qızı -1 nömrəli Bakı Tibb Kollecində müəllim işləyir. “Tibbi masaj və müalicəvi bədən tərbiyəsi” fənn birləşmə komissiyasının sədridir.
Masaj latınca “massa”-“ələ yapışma” , yunanca “massa ”- əllər ilə sıxmaq deməkdir. Masaj orqanizmə hərtərəfli və faydalı təsir göstərir. Masajın təsiri altında dərinin sinir sistemindən beyinə xeyli miqdarda impuls daxil olur, bu da mərkəzi sinir sisteminin fəaliyyətinə təsir göstərir. Bunun nəticəsində əsas funksiyalar yaxşılaşır, müxtəlif orqan və sistemlərin işinə nəzarət yetirilir.
Masajçı təmkinli, səbrli, diqqətcil, mehriban, pasientə qarşı nəzakətli olmalı, özünə qarşı inam yaratmağı bacarmalıdır. Masajçı öz enerjisinə qənaət etməli, hərəkətlərinin yumşaq, yüngül, səlis olmasına nail olmalıdır. Masajçı həm sağ, həm də sol əlləri ilə eyni dərəcədə masaj texnikasına yiyələnməlidir. Onun əlləri isti, quru, plastik, dözümlü, güclü olmalıdır.
Masajçı anatomiyanı, fiziologiyanı və masajın əks göstəricilərinin olub-olmadığını da bilməlidir.
“Tibbi masaj və müalicəvi bədən tərbiyəsi” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- “Klassik masaj və idman masajı”
- ” Masajın reflektor növləri , ənənəvi Çin və aktiv nöqtələrin masajı”
- Uşaq xəstəlikləri təcrübəsində masaj
- “Müalicəvi bədən tərbiyəsi”
- Masajın reflektor növləri
- “Pediatrik reablitasiyada masaj”
“Tibbi masaj və müalicəvi bədən tərbiyəsi” fənn komissiyasinın tərkibində 5 nəfər həkim-müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.