Mikrobiologiya və genetika

Ələsgərova  Aygün Əşrəf qızı1 nömrəli Bakı Tibb Kollecində “Mikrobiologiya və Genetika” fənn birləşmə komissiyasının sədridir.

Mikrobiologiya (yunanca “mikros”-kiçik, “bios”-həyat, “loqos”- elm deməkdir) mikroblar-mikroorqanizmlər haqqında elmdir. Mikroblar aləmi çox zəngin və müxtəlifdir. Təbiətdə onların rolu böyükdür.Mikrobiologiya virusologiya, protozoologiya, mikologiya, eyni zamanda immunologiya ilə də sıx əlaqədardır. Bu elm yad maddələrdən, o cümlədən mikroblar və onların məhsullarından müdafiə mexanizmini öyrənir.

Genetika (yunanca-“genetikos” mənşəyə aid olan deməkdir), canlı orqanizmlərin irsiyyəti və irsi dəyişkənliyi qanunauyğunluqlarını və onların təkamülü mexanizmlərini öyrənən fundamental bioloji elm sahəsidir. Tibbi genetikanın məqsədi təkcə irsi patologiyaların meydana gəlməsinin müasir nəzəriyyəsi ilə tanışlıq deyil, həmçinin xəstələrin genetik müayinəsinin əsas metodları üzrə praktiki bacarıqların formalaşdırılmasıdır. Gələcək nəslin sağlamlığının proqnozlaşdırılması, tibbi-genetik məsləhətlər və irsi xəstəliklərin profilaktikasıdır.

Gigiyena (yunanca “hugieinos”–sağlamlıq gətirən deməkdir). Gigiyena elminin məqsədi ətraf mühitin insan orqanizminə və ictimai sağlamlığa təsir qanunauyğunluqlarını öyrənməklə, həyat fəaliyyəti üçün optimal şərait yaratmaq, sağlamlığı möhkəmləndirmək və xəstəliklərin qarşısını almaqdan ötrü gigiyenik normaların, sanitariya qaydalarının əsaslandırılmasından ibarətdir.

Dərslər üç istiqamətdə aparılır: mühazirə, seminar, laboratoriya .

“Mikrobiologiya, genetika və gigiyena” fənn birləşməsinə  aşağıdakı fənlər aiddir:

  • İctimai sağlamlıq və gigiyena;
  • Tibbi genetika;
  • Tibbi mikrobiologiya;
  • Parazitologiya;
  • Epidemiologiya və biostatistika;
  • Ümumi və tibbi mikrobiologiya

“Mikrobiologiya, genetika və gigiyena”  fənn birləşməsi komissiyasının tərkibində 10 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.

İctimai sağlamlıq və gigiyena

İctimai sağlamlıq və gigiyena fənninin əsas məqsədi ekoloji gərginliyin artdığı müasir dövrdə müalicə profilaktika müəssisələrində çalışan tibb işçilərinin və xəstələrin üzləşdiyi problemlərin həlli üçün tələbələrə lazımi biliklərin verilməsidir. Bu isə profilaktik fəaliyyətin yerinə yetirilməsinə, xəstəliklərin qarşısının alınması və sağlamlığın möhkəmləndirilməsinə öz peşəsinin peşəkarcasına yerinə yetirməklə yanaşı öz sağlamlığını qorumağı da bacaran əhalidə sağlam həyat tərzinin formalaşdırılmasına yönəldilmiş müəyyən bilik, bacarıq sisteminə malik tibb işçisinin hazırlanmasında əsas şərtdir.

İctimai sağlamlıq və gigiyena fənninin öyrədilməsi nəticəsində qazanılan bilik və vərdişlər digər klinik fənlərin mənimsənilməsini asanlaşdırır, həmçinin xəstələrə qulluq işinin effektiv təşkili üçün münasib şəraitin yaradılmasının təmin edilməsinə kömək edir.

Tibbi genetika

Tibbi genetika fənnində insan həyatındakı ümumi bioloji qanunauyğunluqları, genetikanın qanunlarının dəyişkənlik səbəbləri, mutasiya və onun sağlam insana təsiri, genetik anomaliyaların profilaktikası öyrədilir. İrsi xəstəliklər, onların səbəbləri və diaqnostikası, insan irsiyyətinin öyrənilmə üsulları, tibbi genetik məsləhətləşməni, irsiyyətin biokimyəvi və sitoloji əsasları, insanın irsiyyəti genioloji üsulla öyrənilməsi, insan irsiyyətinin öyrənilmə üsulları, irsi xəstəliklərin aşkar edilməsində tətbiq olunan metodlar öyrədilir.

Tibbi mikrobiologiya

Tibbi mikrobiologiya fənnində mikrobiologiya və onun inkişaf tarixi, mikroorqanizmlərin morfologiyası, mikroorqanizmlərə təsir edən xarici mühit amilləri öyrədilir. Mikroorqanizmlərin genetikası və dəyişkənliyini, allergiya və anafilaksiyanı, antibiotikləri və onun təsir mexanizmi öyrədilir. Bakteriyaların antibiotiklərə qarşı həssaslığını təyin etməyi bacarır.

Virusologiyanın əsaslarını, təsnifatını, faqlar, seriyaloji reaksiyaların qoyulma qaydalarını infeksiyaların yayılmasına qarşı profilaktikanı həyata keçirməyi , insan və cəmiyyətin həyatında mikroorqanizmlərin rolu öyrədilir. Mikroorqanizmlərin morfologiyası, fiziologiyası və ekologiyası, onların öyrənilməsini, asseptika və antiseptikanın əsas üsullarını bacarmalıdır.  İnfeksion xəstəliklərin epidemioloji əsasları, yoluxma yolları, insan orqanizmində mikroorqanizmlərin lokalizasiyası öyrədilir. İmmunitetin faktorları, insan və cəmiyyət üçün onun əhəmiyyəti öyrədilir. Faqlar, seroloji reaksiyaların qoyulma qaydaları, mikrobioloji müayinələr üçün materialın götürülməsi, çatdırılması və saxlanılması öyrədilir. Əsas xüsusiyyətlərinə görə mikroorqanizmləri müxtəlif qruplara ayırmağı, infeksiyaların yayılmasına qarşı profilaktikanı həyata keçirməyi bacarır.

Parazitologiya

Parazitologiya fənni insan parazitləri, onların quruluşunu, inkişaf xüsusiyyətlərini, əmələ gətirdiyi xəstəlikləri, xəstəliklərin simptomatikasını və profilaktika yollarını, helmintlərin əsas morfoloji xüsusiyyətlərini, insan orqanizmində lokalizə etməsini, parazitlərin morfoloji quruluşunu öyrənmək üçün preparat hazırlamağı öyrədir.

Epidemiologiya və biostatistika

Epidemiologiya fənnində infeksiya mənbəyi, keçmə mexanizmi, əhalinin həssaslığı, epidemioloji qanuna uyğunluq, parazit-sahib arasında anlayış, immunoprofilaktika, vaksinlərin təsnifatı, “Soyuq zəncir” sistemi və ona nəzarət, profilaktik əks epidemik tədbirlər, ocaqda əks epidemik və profilaktik tədbirlərin təşkili öyrədilir.

Biostatistika fənni təsdiq olunmuş tibbi sənədlərin yazılmasını, səhiyyə müəssisələrinin fəaliyyətinin statistik göstəricilərini, təhlil və hesablamalarını öyrədir.

Ümumi və tibbi mikrobiologiya

Ümumi və tibbi mikrobiologiya fənnində mikroorqanizmlərin morfologiyası, fiziologiyası, onların öyrənilmə üsulları, infeksion xəstəliklərin epidemioloji əsasları, mikroorqanizmlərə təsir edən xarici mühit amilləri, mikroorqanizmlərin genetikası və dəyişkənliyi, virusologiyanın əsasları, faqlar, seroloji reaksiyaların qoyulma qaydaları öyrədilir.

SÜLEYMANOVA ÜLVİYYƏ ƏHMƏD

Vəzifəsi: Müəllim
Doğum tarixi:  31.12.1976
Bitirdiyi təhsil müəssisəsi: Naxçıvan Dövlət Universiteti – 1998, biologiya
İxtisas: Bioloq
İşə qəbul olunma tarixi: 24.11.2000

ABDULLAYEVA MEHPARƏ SƏRHAD

Vəzifəsi: Müəllim
Doğum tarixi: 25.02.1965
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti, biologiya
İxtisas: Bioloq
İşə qəbul olunma tarixi: 29.09.2021

PİRƏLİYEVA HƏQİQƏT NOVRUZ

Vəzifəsi: Müəllim
Doğum tarixi: 21.04.1958
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1983, sanitariya
İxtisas: Həkim sanitar
İşə qəbul olunma tarixi: 28.12.1995

ZEYNALOVA FƏXRİYYƏ ELMAN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 14.10.1974
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti -1998, Azərbaycan Dövlət Pedaqoji Universiteti (magistr ) 2011, biologiya
İxtisas: Bioloq
İşə qəbul olunma tarixi: 27.05.2013

ABDULLAYEVA NƏZRİN ƏFLATUN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 03.09.1986
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti-2008, kimya-biologiya
İxtisas: Kimya
İşə qəbul olunma tarixi: 15.05.2014

SÜLEYMANOVA İRADƏ MEHDİ

Vəzifəsi: Müəllim
Doğum tarixi: 05.04.1960
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1983, sanitariya
İxtisas: Həkim sanitar
İşə qəbul olunma tarixi: 27.01.1997