Qasımova İlhamə Abdulla qızı – 1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işləyir. “Daxili xəstəliklər”, “Reanimatologiya” fənn birləşmə komissiyasının sədridir.
“Daxili xəstəliklər” fənni nəzəri və təcrübi təbabətin ən böyük sahəsidir. Onun əsas məqsədləri aşağıdakılardır:
- daxili üzvlərin xəstəlikləri zamanı tətbiq edilən müayinə üsullarının öyrənilməsi;
- xəstəliklərin yaranma səbəblərini və inkişaf mexanizminin öyrənilməsi;
- xəstəliklərin simptomlarının öyrənilməsi;
- kliniki müayinə metodları, profilaktika və təxirəsalınmaz vəziyyətlərdə yardım göstərmək bacarığına yiyələnmək.
Bu məqsədlərə nail olmaq üçün fənni tələbələrə lazımi səviyyədə öyrətmək, aydın dildə və ətraflı şəkildə izah etmək lazımdır. Nəticədə həm savadlı, hərtərəfli bacarığa malik olan orta tibb işçisi yetişdirmək, həm də xəstələrin düzgün müalicəsinə təminat yaratmaq mümkün olar.
“Daxili xəstəliklər”, “Reanimatologiya” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- Daxili xəstəliklər
- Reanimatologiyada tibb bacılığı
- İlkin tibbi yardım
- Tibbi biokimya
- Nutrisiologiya
- Reanimatologiya
- Daxili xəstəliklərdə tibb bacılığı
“Daxili xəstəliklər” və “Reanimatologiya” kliniki fənlərdir. Fənlər əsasən iki istiqamətdə tərdis olunur: mühazirə və təcrübə .
“Daxili xəstəliklər”, “Reanimatologiya” fənn birləşməsi komissiyasının tərkibində 31 həkim-müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.