MƏMMƏDOVA ELMİRA QALASI qızı– 1 nömrəli Bakı Tibb kollecinin“Azərbaycan-dilində və Xarici dildə işgüzar və akademik kommunikasiya” fənn birləşməsi komissiyasının sədridir.
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.”
Heydər Əliyev
Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan-Dili Günü təsis olundu.
1 nömrəli Bakı Tibb Kollecinin müəllimləri tələbələrə həm gündəlik həyatda, həm də tibb sahəsində dilimizin incəliklərini və özəlliklərini aşılayırlar. Bu baxımdan tələbələrə bilik verməklə yanaşı onları təfəkkürünü inkişaf etdirmək üçün qiraətə sövq edirlər. Çünki bu onlara gələcəkdə öz peşələrində fikirlərini daha dolğun və səlis ifadə etməyə bilavasitə kömək olacaq.
Hər hansı dilin tarixini bilmək sadəcə həmin dil haqqında məlumat əldə etmək deyil, həmçinin bu dildə danışan xalqın mədəniyyəti, tarixi haqqında biliyə sahib olmaq deməkdir. Rus-dili də özünün zəngin leksikonu və detallı qrammatik tərkibi ilə seçilməklə, uzun tarixi dövr ərzində formalaşmışdır.
Kollecimizdə Rus dili fənninin tədrisində əsas məqsədlərdən biri tələbələrə peşələrində bu dilin də vacib bir ünsiyyət vasitəsi olduğunu aşılamaqdır.
“Azərbaycan dili” və “rus dili” fənn fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- Xarici dildə işgüzar və akademik kommunikasiya-Rus dili;
- Azərbaycan dilində dildə işgüzar və akademik kommunikasiya
“Azərbaycan dili” və “Rus dili” fənn birləşməsi komissiyasının tərkibində 9 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.