News
Apr 25

Şamaxıda təlim həftəsi

23 aprel-1 may tarixlərində Şamaxı rayonunun 6 kəndində Ümumdünya Səhiyyə təşkilatinin təşəbbüsü və rəhbərliyi ile Avropa İmmunlaşma həftəsi keçirilmişdir. Təlimdə tələbələr 4 qrupa ayrıldı: A1, A2, B1 və B2 qruplarına. İki növbədə təlim keçən tələbələr hər qrupda 2 nəfər olmaqla təlimə qoşuldular. Təlim zamanı kəndlərdə icma nümayəndələriylə bərabər əhali ilə aparılacaq sorğu, A/T-in ölçülməsi, şəkərli diabetli risk qrupunda olub olmamasi, antropometrik ölçülərin təyini, 6 yaşa kimi uşaqlarda peyvəndlərin aparılma cədvəli, inkişaf qiymətləndirilməsi ve Covid-19 peyvəndinin olub olmaması, peyvənd olunmayan xəstələrin peyvəndlənməyə dəvəti öyrədildi.