Farmakoqnoziya və Kimya

Manafova Arzu Sabir qızı-1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işləyir. “Farmakoqnoziya” və “Kimya” fənn birləşmə komissiyasının sədridir.

Farmakoqnoziya yunanca “farmakon”- dərman və ya zəhər, “qnozis” isə məlumat və ya bilik deməkdir.

            Farmakoqnoziyanın vəzifəsi farmakoloji aktiv maddələrin mənbəyi olan dərman bitkilərini, dərman bitkilərinin ehtiyatını, dərman xammallarının standartlaşdırılmasını öyrənməkdir.

Farmakoqnoziya ixtisasverici əsas fənlərdən biri olub, botanika, biokimya, əczaçılıq kimyası, dərman texnologiyası, farmakologiya fənləri ilə sıx əlaqədardır.

Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini, çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsi və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir.

Kimya tarixi maddələrin xüsusiyyətlərinin və çevrilmələrinin öyrənilməsi ilə bağlı xüsusi biliklərin toplanması kimi mürəkkəb prosesi izah edir və təsvir edir.

“Farmakoqnoziya” və “Kimya” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:

  • Qeyri-üzvi kimya
  • Üzvi kimya;
  • Analitik kimya;
  • Əczaçılıq kimyası,
  • Farmakoqnoziya;
  • Farmakoqnoziya və botanika.

“Farmakoqnoziya” və “Kimya” fənn birləşməsi komissiyasının tərkibində 12 nəfər müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.

Qeyri-üzvi kimya

Qeyri-üzvi kimya fənninin tədrisində qeyri üzvi maddələrin kimyəvi xüsusiyyətləri, reaksiyaların əsasları, qeyri üzvi kimyanın əczaçılıqda rolu öyrədilir.

Üzvi kimya

Üzvi kimya fənni əczaçılıq təhsil sistemində mühüm fənlərdən biri kimi məqsədi tələbələrdə üzvi reaksiyaların nəzəri əsaslarını, üzvi birləşmələrin kimyəvi xüsusiyyətləri ilə onların quruluşu arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqlarını, kimyəvi, fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək üçün səmərəli üsullar seçə bilməsini aşılamaq, digər ixtisas fənlərinin mənimsənilməsində yardımçı olmaq, əczaçıların formalaşması üçün zəmin yaratmaqdır.

Analitik kimya

Analitik kimya fənnində analitik kimya haqqında anlayış, analitik kimya laboratoriyasının işi, texniki təhlükəsizlik qaydaları, kimyəvi analiz ləvazimatları, analiz üsulları (Qravimetrik, miqdarı, titrimetrik və s.), analitik tərəzilərlə, digər ləvazimatlarla işləmə qaydaları haqqında bilik və bacarıqlar öyrədilir.

Əczaçılıq kimyası

Əczaçılıq kimyası fənnində tibbi məqsədlərlə işlənən fənlərin alınma üsulları, quruluşu, fiziki, kimyəvi xassələri, kimyəvi quruluşu və orqanizmə təsiri arasındakı əlaqələri, keyfiyyətinə nəzarət üsulları, saxlanma müddətində uğradığı dəyişikliklər öyrədilir.

Farmakoqnoziya

Dərman bitkiləri, fitoterapiya, dərman bitki xammalı, bitki xammallarının toplanma, qurudulma, saxlanma, qablaşdırılma, markalanma, daşınma qaydaları, bitki xammalının analiz üsulları, dərman bitkilərinin tətbiq sahələri haqqında bilik və bacarıqlar öyrədilir.

Farmakoqnoziya və botanika

Farmakoqnoziya və botanika fənnində dərman bitkiləri, fitoterapiya, dərman bitki xammalı, bitki xammallarının toplanma, qurudulma, saxlanma, qablaşdırılma, markalanma, daşınma qaydaları, bitki xammalının analiz üsulları, dərman bitkilərinin tətbiq sahələri haqqında bilik və bacarıqlar öyrədilir.

MANAFOVA ARZU SABİR

Vəzifəsi: Müəllim
Doğum tarixi: 01.09.1966
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1988, farmasiya
İxtisas: Provizor
İşə qəbul olunma tarixi: 01.02.1999

BAXIŞOVA SEVİL ÇİNGİZOVNA

Vəzifəsi: Müəllim
Doğum tarixi:  24.12.1975
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1998, əczaçılıq
İxtisas: Əczaçılıq
İşə qəbul olunma tarixi:  19.09.2005

HACIYEVA AZADƏ VAQİF

Vəzifəsi: Müəllim
Doğum tarixi:  27.01.1990
Bitirdiyi təhsil müəssisəsi: Sumqayıt Dövlət Universiteti –  2011, kimya
İxtisas:  Kimyaçı, kimya müəllimi
İşə qəbul olunma tarixi: 06.02.2012

HACIYEVA MEHPARƏ HÜSEYN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  07.11.1959
Bitirdiyi təhsil müəssisəsi: Naxçıvan Dövlət Pedaqoji İnstitutu-1982, biologiya və kimya
İxtisas:  Biologiya və kimya müəllimi
İşə qəbul olunma tarixi: 13.10.1997

AĞAYEVA MƏTANƏT HÜSEYNAĞA

Vəzifəsi: Müəllim
Doğum tarixi: 30.06.1972
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti-1995, farmasiya
İxtisas: Provizor
İşə qəbul olunma tarixi: 16.09.2016

ƏLİYEVA NİGAR ARZUMAN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  17.10.1974
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1997, farmasiya
İxtisas: Provizor
İşə qəbul olunma tarixi: 21.09.1998

HƏSƏNOVA TAHİRƏ MİKAYIL

Vəzifəsi: Müəllim
Doğum tarixi: 03.06.1985
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –2006, əczaçılıq
İxtisas: Əczaçılıq
İşə qəbul olunma tarixi: 13.09.2007

MƏMMƏDOVA HİCRAN VİLAYƏT

Vəzifəsi: Müəllim
Doğum tarixi:  11.05.1966
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti-1988, farmasiya
İxtisas:  Provizor
İşə qəbul olunma tarixi: 13.10.2004

AXUNDOVA XƏDİCƏ BABACAN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  09.09.1978
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət  Universiteti -1999, kimya
İxtisas: Kimya
İşə qəbul olunma tarixi:  13.09.2007

HACIYEVA AYBƏNİZ CƏLAL

Vəzifəsi: Müəllim
Doğum tarixi:  25.11.1963
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1987, farmasiya
İxtisas:  Provizor
İşə qəbul olunma tarixi: 05.08.2008

HÜSEYNOVA KƏMALƏ ƏLƏDDİN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  27.11.1978
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –2002, əczaçılıq
İxtisas: Əczaçılıq
İşə qəbul olunma tarixi: 07.04.2008

MİSİRLİ GÜNEL RAMİZ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  16.11.1990
Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti –2012, kimya
İxtisas: Kimya
İşə qəbul olunma tarixi: 14.09.2017