News
Sen 20

20 sentyabr 2022-ci il 1 nömrəli Bakı Tibb Kollecində ÜST-nin dəyərləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilmişdir.

20 sentyabr 2022-ci il 1 nömrəli Bakı Tibb Kollecində ÜST-nin dəyərləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilmişdir. Kollecin direktoru Nailə Əliyeva qonaqlara yüksək ixtisaslı orta tibb kadrlarının hazırlanmasında kollecin fəaliyyəti və qarşıda duran məsələlər barədə məlumat vermişdir. Görüşdə ÜST ekspertlərinin tibb bacısı peşəsinə dair Səhiyyədə İnsan Resusları üzrə qısa, orta və uzun müddətli fəaliyyət və gələcək planlaşdırma tədbirləri barədə tövsiyələr dinlənilmişdir.