Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri tələbələr üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, Virusa kimlər yoluxa bilər? Bu xəstəliyin müalicə üsulları nələrdir? Müalicə alan şəxs öz əvvəlki həyatına dönə bilirmi? İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? İİV-ə yoluxmuş şəxslər ailə həyatı qura bilərmi? İİV-ə yoluxmuş hamilə qadın sağlam uşaq dünyaya gətirə bilərmi? Kimi zəmanənin tələbi olan suallara geniş cavab verərək tələbələri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.
Daha sonra tədbirdə istəyən hər bir şəxs ödənişsiz və anonim qaydada İİV-ə ekspress testdən keçərək öz statusu barədə məlumat əldə etmək imkanı qazanaraq, İİV-ə yoluxma yolları, ona qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat əldə etdilər.



