11 illik təhsil bazadan kollecə qəbul - Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi qaydalara uyğun olaraq müsabiqədə iştirak etməklə abituriyentlər qəbul imtahanlarında müəyyən edilmiş bal həddini toplamalı və ixtisas seçimi üçün qeydiyyatdan keçməlidirlər;
Xarici vətəndaşların qəbulu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” QAYDALARIna uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda https://portal.edu.az sistemi üzərindən tam elektron formada;
Təkrar orta ixtisas təhsili üzrə əlavə təhsilə qəbul - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdqiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda https://portal.edu.az sistemi üzərindən tam elektron formada;
Bakalavrların kollecə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda əyani qaydada kollecdə yaradılmış “Müsahibə komissiyası” tərəfindən aparılır.