XƏBƏRLƏR

OSKİ (Obyektiv strukturlaşdırılmış kliniki imtahan)

Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində 13 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixinə kimi "Tibb bacısı(qardaşı) işi "  və "Mamalıq işi"  I və II kurs tələbələri üçün OSKİ (Obyektiv strukturlaşdırılmış kliniki imtahan) keçirilir. "Tibb bacısı(qardaşı) işi " şöbəsinin tələbələrinin -       " Tibb bacısının işinin əsasları və tibbi deontologiya" , "Daxili xəstəliklərdə tibb bacısı", "Cərrahiyyədə tibb bacısı", "Pediatriyada tibb bacısı"; "Mamalıq işi" şöbəsinin tələbələrinin- "Mamalıqda tibb bacısının işinin əsasları və deontologiya" fənlərinə aid bilik və bacarıqları qiymətləndirilmişdir.  Qiymətləndirmə  tibbi alətlər və mulyaj ilə təchiz olunmuş 10 məntəqədə keçirilib. 

OSKİ- klinik təhsildə tələbənin bilik və bacarıqlarının obyektiv, etibarlı və standartlaşdırılmış şəkildə qiymətləndirilməsini təmin edən metoddur. Bu imtahan forması tələbələrin praktik bacarıqlarını, xəstə ilə ünsiyyət, klinik düşünmə, qərarvermə qabiliyyətlərini əvvəlcədən müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında dəyərləndirir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az