Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin kollektivi Tibb işçilərinin Peşə Bayramına həsr edilən genişmiqyaslı "Sağlamlığa Doğru Qaç" lahiyəsində iştirak edib. Dövlət Bayraq Meydanının qarşısından start verilən yarışda Bakı, Sumqayıt və Abşeron rayonundan 70-ə yaxın tibb müəssisələrindən 500 nəfərə yaxın iştirakçı qatılıb. “Sağlamlığa doğru qaç” layihəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən səhiyyə sahəsində çalışan ittifaq üzvlərinin asudə vaxtının səmərəli və mənalı təşkili, sağlam həyat tərzinin təşviqi və həmrəyliyin gücləndirilməsi məqsədilə həyata keçirilib. Sonda qaliblərə xüsusi mükafatlar təqdim olunub. Qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.



