XƏBƏRLƏR

Gənc mütəxəssislər səhiyyə sistemində:tibbi kolleclərin beynəlxalq dialoqu

Tədbirin əsas məqsədi gənc mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin artırılması, onların elmi-tədqiqat fəaliyyətinə marağının gücləndirilməsi və müasir tibbi yanaşmaların tətbiqinə təşviq olunması olub. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və təhsil ilə praktik səhiyyə sahəsi arasında əlaqələrin möhkəmləndirilməsi də prioritet istiqamətlər kimi müəyyən edilib.

Müzakirələr zamanı liderlik bacarıqlarının inkişaf etdirilməsi, innovativ metodların tətbiqi, könüllülük fəaliyyətinin genişləndirilməsi, fövqəladə hallarda tibbi yardımın səmərəli təşkili kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla inteqrasiyası, tibbi təhsil müəssisələri ilə səhiyyə qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

Bununla yanaşı, müasir dövrün çağırışlarına uyğun olaraq rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının səhiyyə və tibbi təhsildə tətbiqi, VR/AR simulyasiya sistemlərinin imkanları və innovativ diaqnostik yanaşmalar da geniş şəkildə müzakirə olunub. Bu istiqamətlərdə aparılan fikir mübadiləsi gələcəkdə səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə və müasir tələblərə uyğun inkişafına töhfə verəcək mühüm addım kimi qiymətləndirilib.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az