XƏBƏRLƏR

Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində “Təməl Həyata Dəstək” təlimi keçirilib.

Nəzəri və praktiki hissədən ibarət təlim proqramı çərçivəsində iştirakçılara Basic Life Support  üzrə yenilənmiş beynəlxalq klinik yanaşmalar, kardiopulmonar reanimasiya alqoritmləri, avtomatlaşdırılmış xarici defibrilyatorun  istifadəsi, həmçinin yetkinlərdə, uşaqlarda və körpələrdə ilkin tibbi yardım prinsipləri təqdim olunub. Bununla yanaşı, komanda işi və təxirəsalınmaz müdaxilə bacarıqları izahı, üzrə müasir yanaşmalar təqdim olunub.

Təlimin əsas məqsədi tibb təhsili sahəsində fəaliyyət göstərən pedaqoji heyətin təcili tibbi yardım üzrə nəzəri biliklərinin və praktik bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsindən ibarət olub.

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az