XƏBƏRLƏR

Tibbi Təhsildə Süni İntellekt və İnnovativ Yanaşmalar üzrə Master-Klass

Tədbirdə "Tibb təhsilində süni intellekt:müasir yanaşmalar və innovativ metodlar" mövzusunda master-klass təşkil olunub, rəqəmsal texnologiyalar üzrə təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində tibbi təhsildə müasir çağırışları əhatə edən aktual mövzular üzrə genişmiqyaslı elmi-praktik fəaliyyətlər həyata keçirilib. Master-klass zamanı iştirakçılara süni intellekt texnologiyalarının diaqnostika, klinik qərarvermə və tədris prosesində istifadəsi, həmçinin fərdiləşdirilmiş öyrənmə modellərinin qurulması kimi mühüm istiqamətlər üzrə ətraflı məlumat təqdim edilib.

Bununla yanaşı, qabaqcıl tədris üsullarının tətbiqi, interaktiv və tələbəyönümlü təhsil modellərinin formalaşdırılması, eləcə də rəqəmsal texnologiyaların tədris prosesinə effektiv inteqrasiyası sahəsində geniş təcrübə mübadiləsi aparılıb. İştirakçılar tərəfindən müxtəlif ölkələrin təhsil müəssisələrində tətbiq olunan innovativ təcrübələr təqdim edilib, simulyasiya əsaslı təlim, virtual platformalar və elektron resurslardan istifadə imkanları müzakirə olunub.

Aparılan müzakirələr və təqdimatlar tibbi təhsilin keyfiyyətinin artırılması, müasir texnologiyalara əsaslanan tədris mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az