Konfrans zamanı tələbələr İİV/AİDS-in qarşısının alınması, erkən diaqnostika və maarifləndirmə tədbirləri haqqında geniş biliklər əldə edib, interaktiv sessiyalarda iştirak edərək suallar verib və təcrübələrini paylaşıb.
Tələbələrin konfransda iştirakı rəsmi olaraq sertifikatla təsdiqlənmiş və onların bu sahədə bilik və bacarıqlarının artırılması yönündə əhəmiyyətli addım kimi qiymətləndirilib. Bu tədbirhəmçinin tələbələrin beynəlxalq təcrübə qazanması, həmkar ölkələrlə təcrübə mübadiləsiaparması və peşə hazırlığının gücləndirilməsi baxımından vacib hesab olunur.



