Layihənin əsas məqsədi tələbələrin idarəetmə prosesində iştirakını təmin etməkdir. Bununla yanaşı, layihə tələbələrdə liderlik və təşkilatçılıq bacarıqlarının formalaşdırılmasına da xidmət edir. Eyni zamanda, iştirakçılar təhsil müəssisəsinin idarə olunmasının praktiki tərəfləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
İrəli sürülən təklif və qərarlar daha sonra müvafiq idarəetmə strukturlarında müzakirə edilir və təqdim olunur. Layihə çərçivəsində formalaşdırılan “körpü kabineti” vasitəsilə tələbələr növbəti “Körpü” layihəsi gününə qədər fəaliyyətlərini davam etdirərək idarəetmə sahəsində praktiki təcrübə qazanırlar.
Qeyd edək ki, bu layiyənin təşəbbüsü tələbələrdə məsuliyyət hissinin gücləndirilməsinə, idarəetmə bacarıqlarının inkişafına və onların təhsil müəssisəsinin ictimai həyatında daha fəal iştirakına şərait yaradır.



