Konfransın əsas mövzusu İnsan Papilloma Virusu (HPV), onun müxtəlif növləri, diaqnostikaüsulları, müasir müalicə metodları, profilaktik tədbirlər və virusa qarşı vaksinasiya imkanlarıolub. Tədbir çərçivəsində mütəxəssislər və tələbələr tərəfindən HPV infeksiyasının yayılmaxüsusiyyətləri, erkən diaqnostikanın əhəmiyyəti və xəstəliyin qarşısının alınmasında vaksinasiyaproqramlarının rolu geniş müzakirə edilib.
Onlayn konfrans zamanı hər iki təhsil müəssisəsinin müəllim və tələbələri arasında elmi fikirmübadiləsi aparılıb, tibbi biliklərin artırılması və beynəlxalq akademik əməkdaşlığın inkişafıbaxımından mühüm müzakirələr həyata keçirilib.
Tədbir iştirakçıları belə elmi platformaların gələcək tibb mütəxəssislərinin hazırlanmasında, eləcə də müasir tibbi biliklərin paylaşılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.



