XƏBƏRLƏR

“Yeni Azərbaycan: Dünənimiz, Bu Günümüz və Sabahımız” mövzusunda görüş

Görüşün əsas məqsədi gənclərin dövlətçilik ənənələri, müasir siyasi proseslər və Azərbaycanın inkişaf strategiyası haqqında biliklərinin artırılması, onların ictimai-siyasi proseslərdə fəal iştirakının təşviq edilməsidir.

Tədbirdə millət vəkili Ceyhun Məmmədov müəllifi olduğu “Gənclərə tövsiyələr” adlı kitabını kollecin kitabxanasına və bir çox tədbir iştirakçısına hədiyyə olaraq təqdim edib.

Tədbir zamanı Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik ideologiyası, bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin daxili sabitlik modeli, sosial-iqtisadi inkişaf dinamikası və beynəlxalq münasibətlər sistemində artan nüfuzu barədə geniş müzakirələr aparılıb.

Eyni zamanda görüş iştirakçıları ölkəmizin daxili və xarici siyasətinin prioritet istiqamətləri haqqında məlumat əldə edib, aktual ictimai-siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıb və öz suallarını birbaşa deputatlara ünvanlamaq imkanı qazanıblar.

Belə təşəbbüslər gənclərin siyasi dünyagörüşünün genişlənməsinə, vətəndaş məsuliyyətinin formalaşmasına və dövlətçilik dəyərlərinin daha dərindən mənimsənilməsinə mühüm töhfə verir.

Sonda tədbirdə iştirak edən aktiv gənclərə sertifikatlar təqdim olunub

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az