XƏBƏRLƏR

“Tibbdə masajın əhəmiyyəti” praktik təlimi

Təlimin əsas məqsədi masajın insan orqanizminə göstərdiyi fizioloji və patofizioloji təsirlərin elmi əsaslarla izahı, müxtəlif klinik vəziyyətlərdə tətbiq olunan metod və texnikaların praktik aspektlərinin nümayişi, həmçinin masaj fəaliyyətinin təşkili prinsiplərinin sistemli şəkildə təqdim edilməsi olub.

Tədbir çərçivəsində masajın neyrohumoral tənzimləmə mexanizmlərinə təsiri, periferik və mərkəzi sinir sistemi ilə qarşılıqlı əlaqəsi, qan və limfa dövranının aktivləşdirilməsi, metabolik proseslərin sürətləndirilməsi, əzələ tonusunun normallaşdırılması və regenerativ proseslərin stimullaşdırılması kimi fizioloji mexanizmlər geniş şəkildə şərh edilib. Bununla yanaşı, somatik və vegetativ reflektor reaksiyalar, reseptor aparatının stimulyasiyası və proprioseptiv impulsların formalaşması məsələləri elmi-praktik baxımdan izah olunub.

Praktik hissədə müxtəlif klinik hallarda — dayaq-hərəkət sistemi patologiyaları, nevroloji pozğunluqlar, posttravmatik və reabilitasiya dövrü vəziyyətlərində tətbiq edilən klassik, segmentar-reflektor və nöqtəvi (refleksoterapevtik) masaj texnikaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, prosedurların differensial seçimi, əks-göstərişlər, dozalanma prinsipləri və fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.

Təlim çərçivəsində masaj kabinetinin təşkilati strukturu, sanitariya-gigiyenik normalar, tibbi sənədləşmə qaydaları və pasiyent təhlükəsizliyi prinsipləri də elmi-metodiki əsaslarla iştirakçıların diqqətinə çatdırılıb.

Beləliklə, keçirilən praktik təlim nəzəri biliklərin klinik praktikaya inteqrasiyasını təmin etməklə, tələbələrin və mütəxəssislərin peşəkar kompetensiyalarının artırılmasına yönəlmiş elmi-praktik platforma kimi əhəmiyyət kəsb edib.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az