XƏBƏRLƏR

Yenidoğulmuşlarda irsi xəstəliklərin neonatal skriningi

         Təlimin əsas məqsədi yenidoğulmuşlarda irsi və metabolik xəstəliklərin erkən mərhələdəaşkarlanmasının elmi-nəzəri əsaslarını, klinik əhəmiyyətini və praktik tətbiq mexanizmləriniiştirakçılara ətraflı şəkildə çatdırmaqdır. Neonatal skrininq proqramları müasir səhiyyəsistemində perinatal və neonatal dövrdə rast gəlinən ağır irsi patologiyaların vaxtında müəyyənedilməsində mühüm rol oynayır. Erkən diaqnostika nəticəsində xəstəliklərin klinik təzahürləriyaranmadan profilaktik və müalicəvi tədbirlərin görülməsi mümkün olur ki, bu da uşaqölümünün və əlillik hallarının azalmasına, eyni zamanda cəmiyyətin genetik sağlamlıqgöstəricilərinin yaxşılaşmasına xidmət edir.

        Elmi-praktik təlim interaktiv formatda keçirilib,klinik halların təhlili, praktik nümunələr vəmüasir protokollar əsasında müzakirələr təşkil olunub. Tədbir tələbə və müəllim heyətinin nəzəribiliklərinin dərinləşdirilməsi, eyni zamanda onların gələcək peşə fəaliyyətində neonatal skrininqistiqamətində kompetensiyalarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

        Bu təşəbbüs səhiyyə sahəsində elmi biliklərin inteqrasiyası, innovativ yanaşmaların təşviqivə gənc tibb mütəxəssislərinin peşəkar inkişafının dəstəklənməsi istiqamətində atılan ardıcıladdımlardan biri kimi qiymətləndirilir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az