XƏBƏRLƏR

1 mart -Ümumdünya Mülki Müdafiə Günü

   Tədbirin əsas məqsədi tələbə və müəllim heyətini müasir dövrdə artan ekoloji risklər, fövqəladə hallara hazırlıq, eləcə də mülki müdafiə sahəsində profilaktik tədbirlər barədəməlumatlandırmaq olub. Təlim çərçivəsində iqlim dəyişiklikləri, ətraf mühitin çirklənməsi, texnogen qəzalar və onların insan sağlamlığına təsiri kimi aktual mövzular geniş şəkildəmüzakirə edilib.

   Çıxış edən mütəxəssislər ekoloji risklərin vaxtında qiymətləndirilməsinin, qabaqlayıcıtədbirlərin görülməsinin və fövqəladə hallara operativ reaksiya mexanizmlərinin əhəmiyyətinivurğulayıblar. Bildirilib ki, səhiyyə müəssisələrinin və tibb işçilərinin bu sahədə bilik vəbacarıqlarının artırılması dayanıqlı və təhlükəsiz gələcəyin təmin olunmasında mühüm roloynayır.

   Təlim zamanı iştirakçılara mülki müdafiə tədbirlərinin təşkili, ilkin tibbi yardımın göstərilməsi, əhalinin maarifləndirilməsi və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması istiqamətindəpraktiki tövsiyələr verilib. İnteraktiv müzakirələr və sual-cavab sessiyası iştirakçıların mövzuyamarağını daha da artırıb.

   Sonda qeyd olunub ki, bu cür maarifləndirici tədbirlərin mütəmadi təşkili gənc tibbmütəxəssislərinin peşəkar hazırlığının gücləndirilməsinə, eləcə də cəmiyyətdə ekoloji məsuliyyətvə təhlükəsizlik mədəniyyətinin formalaşmasına xidmət edir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az