XƏBƏRLƏR

Tibb Bacısı Təhsilində Rəqəmsal Texnologiyaların Tətbiqinə Dair Beynəlxalq Görüş keçirilib.

Görüşün əsas məqsədi ana və uşaq sağlamlığı sahəsində müasir yanaşmaların müzakirəsi, eləcə də tibb bacısı təhsilində informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi imkanlarının genişləndirilməsi olub. Tədbir çərçivəsində rəqəmsal təhsil platformalarının istifadəsi, simulyasiya əsaslı öyrənmə mühitinin formalaşdırılması, distant və hibrid tədris modellərinin tətbiqi, həmçinin klinik bacarıqların inkişafında innovativ texnoloji həllərin rolu barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl rəqəmsal resursların tədris prosesinə inteqrasiyası məsələləri xüsusi vurğulanıb. Eyni zamanda, ana və uşaq sağlamlığı istiqamətində maarifləndirmə, praktiki bacarıqların formalaşdırılması və təlim prosesinin effektivliyinin artırılması baxımından müasir İKT alətlərinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı mümkün əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və tədris prosesində innovativ yanaşmaların tətbiqi istiqamətində ilkin razılaşmalar müzakirə olunub. Bu cür beynəlxalq tərəfdaşlıqlar kollecdə təhsil keyfiyyətinin yüksəldilməsinə, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsinə və müasir səhiyyə sisteminin tələblərinə cavab verən ixtisaslı orta tibb işçilərinin hazırlanmasına mühüm töhfə verir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az