XƏBƏRLƏR

“Sepsisin İdarə Olunmasında Klinik Tibb Bacılığı” Mövzusunda Beynəlxalq Təlim Proqramında Uğurlu İştirak

   Başkent Üniversitesi və Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibbi Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Sepsisin idarə olunmasında Klinik Tibb Bacılığı” mövzusunda intensiv təlim proqramı səhiyyə sahəsində çalışan mütəxəssislərin nəzəri biliklərinin dərinləşdirilməsi və praktik bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

  Təlim çərçivəsində sepsisin erkən diaqnostikası, klinik qiymətləndirmə meyarları, müasir müalicə protokolları, infeksiyaya nəzarət prinsipləri, hemodinamik monitorinq, eləcə də kritik vəziyyətlərdə effektiv komanda işi və operativ qərarvermə mexanizmləri geniş şəkildə müzakirə edilib, klinik situasiyalar üzərində praktik yanaşmalar tətbiq olunub.

   Sonda iştirakçılara, o cümlədən İlahə Əfəndiyevaya Başkent Üniversitesi tərəfindən beynəlxalq sertifikat təqdim edilib. Qazanılmış bu nailiyyət həm fərdi peşəkar inkişafın göstəricisi, həm də kollecin pedaqoji heyətinin yüksək elmi-praktik hazırlıq səviyyəsinin və tədris prosesində müasir tibbi yanaşmaların tətbiqinin bariz nümunəsidir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az