Təqdimat zamanı proqramın məqsəd və vəzifələri, beynəlxalq akkreditasiya meyarları, eləcə də ilkin tibbi yardım və kardiopulmonar reanimasiya sahəsində nəzərdə tutulan təlim modulları barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, proqramın tətbiqi tələbələrin və tibb işçilərinin praktik bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılmasına, fövqəladə hallarda operativ və düzgün qərarvermə bacarıqlarının gücləndirilməsinə xidmət edir.
Bildirildi ki, bu kimi beynəlxalq əməkdaşlıqlar təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə, sübuta əsaslanan tibbi yanaşmaların geniş tətbiqinə, eləcə də müasir səhiyyə sisteminin tələblərinə cavab verən yüksəkixtisa



