XƏBƏRLƏR

1 nömrəli Bakı Tibb Kollecində “İngilis dili və Zəka” mövzusunda təlim keçirilib.

Təlimin əsas məqsədi tələbələrdə ingilis dilində effektiv ünsiyyət bacarıqlarınınformalaşdırılması, ilkin kommunikativ təmasın düzgün qurulması və müasir pedaqojiyanaşmalar əsasında şifahi nitq vərdişlərinin inkişaf etdirilməsi olub. Təlim çərçivəsindəünsiyyət psixologiyasının nəzəri əsasları, sosial-mədəni kontekstdə dil istifadəsininxüsusiyyətləri, eləcə də praktik danışıq strategiyaları ətrafında geniş müzakirələr aparılıb.

Təlim kollecin tələbələri tərəfindən böyük maraqla qarşılanıb, tələbələrin kommunikativkompetensiyalarının inkişafına, özünəinam hissinin möhkəmlənməsinə və peşəkar fəaliyyətmühitində xarici dil bacarıqlarının əhəmiyyətinin dərk edilməsinə mühüm töhfə verib.

İştirakçılar tərəfindən bu kimi maarifləndirici və praktik yönümlü təlimlərin davamlı əsaslarlatəşkili yüksək qiymətləndirilib,kollecdə tədris prosesinin keyfiyyətinin artırılması və beynəlxalqkommunikasiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunub.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az