Uzunmüddətli pedaqoji fəaliyyəti, zəngin praktik təcrübəsi və psixoloji konsultasiya sahəsində formalaşmış peşəkar kompetensiyaları ilə seçilən mütəxəssis Hüseyn Həsənov 22 illik pedaqoji stajı ərzində müxtəlif təhsil pillələrində və idarəetmə strukturlarında fəaliyyət göstərmiş, son 6 il ərzində isə psixoloji xidmət sahəsində sistemli və məqsədyönlü iş aparıb. Onun çoxşaxəli fəaliyyəti təhsil mühitində şəxsiyyətyönümlü yanaşmanın formalaşdırılması və pedaqoji prosesin elmi əsaslar üzərində qurulmasına mühüm töhfə verib.
Tədbirdə kollecin direktoru, struktur rəhbər heyəti, müəllim kollektivi iştirak edib, interaktiv müzakirələr və praktik nümunələr əsasında tədris prosesində psixoloji amillərin rolu geniş şəkildə təhlil olunub. Təlimin əsas məqsədi pedaqoji fəaliyyətin effektivliyinin artırılması, müəllim–tələbə münasibətlərində sağlam və konstruktiv ünsiyyət modelinin formalaşdırılması, həmçinin müasir və innovativ təlim metodlarının tətbiqinin təşviqi olub.
Çıxış zamanı insan amilinin təhsil sistemində aparıcı mövqeyi, motivasiya mexanizmləri, empatik yanaşma, inklüziv təhsil mühitinin təşkili və pedaqoji prosesdə fərdi xüsusiyyətlərin nəzərə alınmasının əhəmiyyəti elmi əsaslarla izah edilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş fikir mübadiləsi ilə müşayiət olunub.



