Tədbirin əsas məqsədi orta ixtisas təhsili proqramları üzrə yeni tədris planlarının müzakirəsi, onların müasir səhiyyə və təhsil standartlarına uyğunlaşdırılması, eləcə də tədris prosesininkeyfiyyətinin artırılması istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.
Görüş zamanı metodik rəhbərlər, şöbə müdirləri və fənn birləşmə komissiyalarının sədrləritərəfindən tədris planlarının strukturu, fənlərin məzmununun optimallaşdırılması, praktikhazırlığın gücləndirilməsi və istehsalat təcrübəsinin təşkili ilə bağlı məsələlər ətraflı təhlil edilib. Eyni zamanda, təhsilalanların peşə kompetensiyalarının formalaşdırılması və əmək bazarınıntələblərinə uyğun rəqabət qabiliyyətli kadr hazırlığının təmin olunması istiqamətində təklif vətövsiyələr irəli sürülüb.
Görüş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təhsilin keyfiyyət göstəricilərininyüksəldilməsi və orta tibb ixtisasları üzrə kadr hazırlığının daha da təkmilləşdirilməsibaxımından mühüm əhəmiyyət kəsb edib.



