XƏBƏRLƏR

Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində yeni ixtisas proqramının hazırlanması istiqamətində işgüzar görüş keçirilib.

Görüşdə kollecin struktur rəhbərləri və Azərbaycan Radiologiya Cəmiyyətinin və Radiologiya Akademiyasının rəhbəri, radiologiya ixtisası üzrə həkim-mütəxəssis, İdarə Heyətinin üzvü Pərviz Səmədov, Liv Bona Dea Xəstəxanasının Radiologiya şöbəsinin müdiri Ruslan Əsədov qonaq qismində iştirak edib. 

   Görüşün əsas məqsədi Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində gələcəkdə açılması planlaşdırılan “Tibbi görüntüləmə texniki” ixtisası üzrə tədris proqramının hazırlanması, proqramın elmi-metodik əsaslarının formalaşdırılması və müasir radiologiya sahəsində mövcud olan qabaqcıl təcrübələrin tədris prosesinə inteqrasiyası məsələlərinin müzakirəsi olub.

  Görüş çərçivəsində tibbi görüntüləmə sahəsində kadr hazırlığının mövcud vəziyyəti, radioloji xidmətlərin inkişaf perspektivləri, praktik yönümlü tədris modelinin tətbiqi, eləcə də tələbələrin klinik baza üzərində bilik və bacarıqlarının artırılması imkanları ətraflı şəkildə müzakirə edilib.

  Eyni zamanda, ixtisas proqramının hazırlanması zamanı beynəlxalq standartların nəzərə alınması, müasir radioloji avadanlıqlarla işləmə bacarıqlarının formalaşdırılması, şüa təhlükəsizliyi, etik və hüquqi normaların tədris prosesində əks etdirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub.

  Görüş qarşılıqlı institusional əməkdaşlığın genişləndirilməsi, səhiyyə təhsili sahəsində keyfiyyət göstəricilərinin yüksəldilməsi və əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı tibbi kadrların hazırlanması baxımından mühüm elmi-praktik əhəmiyyət kəsb edib.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az