XƏBƏRLƏR

Orta ixtisas təhsilində yeni tədris planlarının müzakirəsi

Əsas məqsəd mövcud tədris planlarının təhlili, onların müasir təhsil yanaşmaları, milli təhsil standartları və səhiyyə sahəsində formalaşan aktual tələblərə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması olub.
Müzakirələrdə hər iki təhsil müəssisəsinin metodik rəhbərləri, struktur bölmə müdirləri, eləcə də fənn birləşmə komissiyalarının sədrləri iştirak etmiş, orta ixtisas təhsilinin məzmununun təkmilləşdirilməsi, fənlərarası əlaqələrin gücləndirilməsi və praktiki bacarıqlara yönəlmiş tədris yanaşmalarının tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yeni tədris planlarının hazırlanmasında tələbəyönümlü yanaşmanın, kompetensiya əsaslı təhsil modelinin və təlim nəticələrinin ölçüləbilən göstəricilər əsasında formalaşdırılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Görüş zamanı tədris proqramlarının mövcud güclü tərəfləri ilə yanaşı, inkişaf etdirilməsi zəruri olan istiqamətlər müəyyən edilmiş, tədris yükünün optimallaşdırılması, fənn məzmununun müasir elmi biliklər əsasında yenilənməsi və təcrübəyönümlü təlimin payının artırılması ilə bağlı müvafiq tövsiyələr irəli sürülmüşdür. Qeyd edilmişdir ki, bu tip institusional əməkdaşlıq və müzakirələr orta ixtisas təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məzunların peşə hazırlığının gücləndirilməsinə və səhiyyə sahəsinin kadr tələbatının daha effektiv şəkildə ödənilməsinə xidmət edir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az