XƏBƏRLƏR

Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində S.D. Asfəndiyarov adına Qazaxıstan Milli Tibb Universitetinin “Tibb bacılığı” kafedrasının assosiasiyalı professoru Seydəmanov Sultan Turaroviçin iştirakı ilə görüş keçirilib

    Professor Seydəmanov Sultan Turaroviç tibb bacılığı təhsilinin təşkili, müasir dövrüntələblərinə uyğun kadr hazırlığının aparılması, tibb bacılarının peşə səriştələrinin artırılması vəbeynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyası istiqamətində uzun illər elmi-pedaqojifəaliyyət göstərən nüfuzlu mütəxəssislərdən biridir. Onun tibb bacılığı sahəsində apardığı elmiaraşdırmalar və metodiki yanaşmalar Qazaxıstanda bu istiqamətin inkişafında xüsusi roloynamışdır.

    Görüş zamanı professor tibb bacılığı təhsilində innovativ metodların tətbiqi, klinik təcrübənintədris proqramlarında genişləndirilməsi, tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də səhiyyə sistemində tibb bacılarının funksional rolunun gücləndirilməsi barədə dəyərlielmi-metodik tövsiyələrini bölüşüb. Professor, kollecin tədris infrastrukturu ilə yaxından tanış olub , ixtisaslaşdırılmış tədris otaqlarına baxış keçirib, burada yaradılmış şərait, maddi-texniki baza və praktiki hazırlıq imkanları barədə məlumat əldə edib. O, tədris mühitinin müasir standartlara uyğun təşkili və tələbələrin peşə hazırlığının gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

     Eyni zamanda, görüş zamanı tibb bacılığı ixtisası üzrə tədris prosesinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıb.

    Bu cür beynəlxalq elmi-pedaqoji görüşlər tibb bacılığı təhsilinin keyfiyyətinin yüksəldilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və gələcəkdə peşəkar səhiyyə kadrlarının hazırlanmasına mühüm töhfə verir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az