XƏBƏRLƏR

“Müalicə masajı” şöbəsinin məzunlarından qürurverici xəbərlər...

30 oktyabr-2 noyabr 2025-ci il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Abilimpiks Çempionatında Süleyman Əlimirzəyev-III yerə, Eşqin Cəfərov- IV yerə layiq görülüb.

    12-16 noyabr 2025 İstanbul WMF-in təşkilatçılığı ilə Multucultural Massage Championship 36 ölkədən namizədlər olan yarışmada “Beginners” kateqoriyası üzrə Mamaliyev Nurbala-III yerə, 64 juri arasında olan Fərəc Əlimirzəyev “Jurilərin qiymətləndirilməsi” Naminasiyası üzrə III yerə layiq görülüb.

  Kollecimizdə inklüziv təhsil siyasətinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi və onların peşə hazırlığı əsasında məşğulluq səviyyəsinin artırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İlk dəfə olaraq 1 nömrəli Bakı Tibb Kollecində 2014–2015-ci tədris ilindən etibarən “Müalicə masajı” ixtisası üzrə gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri açılıb.

   Sözügedən ixtisasın tədrisi zamanı təhsilalanların fiziki imkanları nəzərə alınmaqla tədris prosesinin təşkili, praktiki bacarıqların formalaşdırılması və əmək bazarının tələblərinə uyğun peşə vərdişlərinin aşılanması əsas prioritet kimi müəyyən edilib. Bu təşəbbüs əlilliyi olan şəxslərin peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsinə, onların sosial adaptasiyasına və gələcək əmək fəaliyyətinə uğurla inteqrasiyasına şərait yaradıb.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az