Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin kollektivi Səhiyyə Nazirliyinin təşəbbüsüilə 3 nömrəli Uşaq Somatik Sanatoriyasında təşkil olunmuş Yeni il tədbirində iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd sanatoriyada müalicə və reabilitasiya prosesi keçənuşaqların sosial-psixoloji rifahının dəstəklənməsi, onların asudə vaxtının məzmunlu şəkildətəşkili, eyni zamanda bayram ovqatının formalaşdırılması və müsbət emosional mühitinyaradılması olub.
Tədbir proqramı çərçivəsində uşaqlar üçün müxtəlif səhnəciklər, musiqili çıxışlar və əyləncəxarakterli təqdimatlar nümayiş etdirilmiş, onların bayram sevincinin artırılmasına yönəlmiştədbirlər həyata keçirilmişdir. Kollektiv tərəfindən uşaqlara xüsusi diqqət göstərilmiş, körpələrbayram hədiyyələri ilə sevindirilmişdir. Bu cür sosial yönümlü təşəbbüslər uşaqların emosionalvəziyyətinin yaxşılaşdırılmasına, psixoloji dayanıqlığının möhkəmləndirilməsinə və reabilitasiyaprosesinin daha səmərəli təşkilinə mühüm töhfə verir.
Qeyd edilməlidir ki, səhiyyə müəssisələrində müalicə alan uşaqların yalnız tibbi baxımdandeyil, həmçinin mənəvi-psixoloji aspektdən də dəstəklənməsi onların ümumi inkişafı vəcəmiyyətə adaptasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kimi tədbirlər uşaqlarınsosial inteqrasiyasının gücləndirilməsinə, bayram əhval-ruhiyyəsinin yüksəldilməsinə və sağlammühitdə formalaşmasına xidmət edir.
Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin kollektivi gələcəkdə də uşaqlarınsağlamlığının qorunması, rifahının yüksəldilməsi və sosial dəstək tədbirlərinin genişləndirilməsiistiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.



