Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunan “Tibb və təhsildə birgə inteqrasiya” adlı beynəlxalq konfrans keçirilib.
Konfransın əsas məqsədi səhiyyə və təhsil sistemləri arasında qarşılıqlı inteqrasiyanın elmi-praktik əsaslarının möhkəmləndirilməsi, müasir tibbi bilik və innovativ texnologiyaların tədris prosesinə tətbiqinin genişləndirilməsi, tibb sahəsində peşəkar kadr hazırlığının keyfiyyət göstəricilərinin yüksəldilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və mübadiləsi yolu ilə tibb təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olmuşdur.
Tədbir çərçivəsində iştirakçılar tibb təhsilinin aktual problemləri, innovativ yanaşmalar və beynəlxalq təcrübə mübadiləsi mövzularında məruzələrlə çıxış etmişlər.



