XƏBƏRLƏR

Kopenhagendə Beynəlxalq Təlimdə iştirak

    Təlim proqramının əsas məqsədi səhiyyə sistemlərində insan resurslarının səmərəli idarə olunması, strateji planlaşdırma, liderlik bacarıqlarının gücləndirilməsi, eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin və dayanıqlığının artırılması istiqamətində iştirakçı ölkələrin potensialının inkişaf etdirilməsidir. Kurs çərçivəsində səhiyyə işçi qüvvəsinin planlaşdırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin paylaşılması kimi mühüm mövzular müzakirə olunub.

     Kollecin İstehsalat təcrübəsi rəhbəri Jalə Həyatovanın bu nüfuzlu beynəlxalq təlimdə iştirakı kollecin səhiyyə təhsili sahəsində müasir idarəetmə və liderlik yanaşmalarının tətbiqinə, kadr hazırlığının daha da təkmilləşdirilməsinə, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verməkdədir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az