Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində FHN-nin Bakı Regional Mərkəzinin vəYasamal rayon üzrə FH və MM şöbəsinin əməkdaşları ilə birgə rəhbər heyətin nəzəri məşqikeçirilib.
Keçirilən nəzəri məşqin əsas məqsədi fövqəladə hallar zamanı davranış qaydaları, ilkintəhlükəsizlik tədbirləri, mülki müdafiə sahəsində bilik və bacarıqların artırılması, eləcə dəmümkün risklərin minimuma endirilməsi istiqamətində maarifləndirmənin aparılması olub.
Tədbir zamanı fövqəladə hallar zamanı operativ və düzgün qərarların qəbul edilməsi, təxliyəqaydaları, ilkin tibbi yardımın göstərilməsi, yanğın təhlükəsizliyi və digər mühüm mövzularətrafında ətraflı məlumat verilib. FHN əməkdaşları real vəziyyətlərə uyğun nümunələr əsasındaizahatlar təqdim edərək iştirakçıların suallarını cavablandırıblar.
Nəzəri məşq qarşılıqlı müzakirələr şəraitində keçib və iştirakçılar üçün praktik əhəmiyyətdaşıyan məlumatlarla yadda qalıb. Bu cür tədbirlərin keçirilməsi kollektivin fövqəladə hallarahazırlıq səviyyəsinin yüksəldilməsinə və təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.



