Auditoriyalarda başlayan hekayələr indi yeni ünvanlara doğru yol alır. Hər addımınızda öyrəndikləriniz, qazandığınız dostluqlar və topladığınız təcrübələr sizinlə olacaq.
Arxada qalan illər xoş xatirələrə, qarşıda açılan yollar isə yeni ümidlərə və böyük hədəflərə çevrilir. Bu gün atılan məzun addımı sabah cəmiyyətə xidmət edən peşəkar tibb işçilərinin formalaşdığı şərəfli yolun başlanğıcıdır. İnsan sağlamlığının keşiyində dayanmaq, qayğı göstərmək və ümid vermək kimi ali dəyərləri özündə birləşdirən bu peşə gələcəyin mütəxəssislərindən həm bilik, həm də yüksək məsuliyyət tələb edir.
Yeni başlanğıcların, böyük uğurların və unudulmaz xatirələrin günü mübarək!
Xəyallardan şəfaya aparan yol
Baxış sayı: 38



