onların əmək bazarına inteqrasiyasının təşviq edilməsi və gələcək karyeraimkanları barədə məlumatlandırılması məqsədilə “Uğura doğru karyera yolu” adlı ƏməkYarmarkası təşkil olunub.
Tədbirdə müxtəlif tibb müəssisələrinin, özəl və dövlət sektoru nümayəndələrinin iştirakı təminolunub. Əmək yarmarkası çərçivəsində tələbələr potensial işəgötürənlərlə birbaşa ünsiyyətqurmaq, mövcud vakansiyalar və işə qəbul tələbləri ilə tanış olmaq, həmçinin peşə fəaliyyətininmüxtəlif istiqamətləri üzrə ətraflı məlumat əldə etmək imkanı qazanıblar.
Görüşlər zamanı səhiyyə sahəsində müasir əmək bazarının tələbləri, peşəkar bacarıqların inkişafetdirilməsi, karyera planlaşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikirmübadiləsi aparılıb. Tələbələr öz ixtisas sahələri üzrə təcrübə proqramları, məşğulluq imkanlarıvə peşə fəaliyyətinin perspektivləri ilə bağlı məlumatlandırılıblar.
Əmək yarmarkası tələbələrin gələcək karyera hədəflərinin müəyyənləşdirilməsi, işəgötürənlərləəlaqələrinin genişləndirilməsi və əmək bazarına uğurlu inteqrasiyasının dəstəklənməsibaxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb vəgənclərin peşəkar inkişafına töhfə verib.



