Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın “Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
İşçi Qrupunun həmsədrləri – Azərbaycan Tibb Universitetinin rektoru, professor G.Gəraybəyli və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İ.Axundovanın rəhbərliyi ilə keçirilən görüşdə komissiya üzvləri, əmək bazarının nümayəndələri və müxtəlif ixtisaslar üzrə məzun kurs tələbələri iştirak ediblər.
Müzakirələr zamanı ali təhsil proqramlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi, eləcə də səhiyyə sahəsində əmək bazarının ehtiyaclarına cavab verən kadr hazırlığının təşkili məsələləri diqqət mərkəzində olub.
Görüşdə səsləndirilən rəy və təkliflər nəzərə alınaraq, yeni ixtisas proqramları üzrə işlərin davam etdirilməsi və yekun rəyin hazırlanması qərara alınıb.



