XƏBƏRLƏR

İlkin Tibbi Yardım üzrə Beynəlxalq Standartların Tətbiqinə Dair Təqdimat

Tədbir Sevindik Şirinovun təqdimatında, American Heart Association (AHA) tərəfindən akkreditə olunmuş standartlara uyğun olaraq vəMedic School ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Təqdimat zamanı proqramın məqsəd və vəzifələri, beynəlxalq akkreditasiya meyarları, eləcə də ilkin tibbi yardım və kardiopulmonar reanimasiya sahəsində nəzərdə tutulan təlim modulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqramın tətbiqi tələbələrin və tibb işçilərinin praktik bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılmasına, fövqəladə hallarda operativ və düzgün qərarvermə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Bu cür beynəlxalq əməkdaşlıqlar təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılmasına, sübutaəsaslanan tibbi yanaşmaların tətbiqinə və müasir səhiyyə sisteminin tələblərinə cavab verənixtisaslı kadr hazırlığının təmin olunmasına mühüm töhfə verir.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az